Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Əməkdaşlıq Təşkilatı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.

Cənab Prezident, seçicilərin mütləq əksəriyyətinin Zati-alinizə səs verməsi on­ların Sizin rəhbərliyinizə və Azərbaycanın gələcəyi ilə bağlı siyasətinizə bəslədiyi etimadın təcəssümüdür. Əminəm ki, Siz müdrikliyiniz və zəngin təcrübəniz sayəsində ali dövləti fəaliyyətinizi Azərbaycan xalqının əmin-amanlığı, birliyi və tərəqqisi naminə bundan sonra da uğurla davam etdirəcəksiniz.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha bildirirəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir. Biz Azərbaycan ilə ikitərəfli əməkdaşlığımızı bun­dan sonra da möhkəmləndirmək istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

Yusif bin Əhməd əl-USEYMIN
İslam Əməkdaşlıq Təşkilatının baş katibi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında