Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi və xalqınızı təbrik edirik.

Dost və qardaş Azərbaycan xalqı aprelin 11-də Sizi böyük səs çoxluğu ilə yenidən Prezident seçməklə birliyə, bərabərliyə, inkişafa və sabitliyə dəstəyini nümayiş etdirdi.

Azərbaycanımız Qafqazın parlayan ulduzu olan bir ölkədir. İqtisadi, sosial, mədəni sahələrdə mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Ölkənin, demək olar, hər guşəsi yenidən qurul­maqdadır. Azərbaycan dünya ölkələri arasında layiqli yer tutaraq, nüfuz sahibi olan dövlətə çevrilib. Azərbaycanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin siyasətinin, cənab Prezident, Sizin rəhbərliyinizlə davam etdirilməsi sayəsində mümkün olub.

Biz ölkənizdə keçirilən seçkilərin nəticəsini Türkiyədə “bir millət, iki dövlət” olaraq bö­yük sevinc hissi ilə qarşıladıq. Sizə və qardaş Azərbaycan xalqına bu qələbə münasibətilə bir daha səmimi təbriklərimizi çatdırır və uğurlarını­zın davamlı olmasını arzulayırıq.

Hörmətlə,

Bilal DÜNDAR
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında