Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə Sizi İslam Əməkdaşlıq Təşkilatının filialı olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyəti, katibliyi və üzv ölkələri adından səmimi qəlbdən təbrik edir və yeni prezidentliyiniz dövründə Sizə yeni-yeni uğurlar arzulayıram.

Sizin səriştəli rəhbərliyiniz sayəsində Azərbaycan bu gün təkcə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında deyil, həm də dünyada nüfuz sahibi olan ölkələrdən birinə çevrilib. Böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan xalqının ölkədə uğurla həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf yönümlü siyasətə bəslədiyi etimadın və güclü dəstəyin bariz nümunəsidir. Əminik ki, növbəti yeddi ildə də Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində indiki inkişaf tempini qoruyub saxlayacaq, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olacaq.

Biz Sizin bütün dünyada gənclərin maraqları naminə İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyasını həyata keçirən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Həmçinin Azərbaycan Respublikasının milli maraqlarına xidmət edərək “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərdə də əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Zati-aliləri, Sizə Azərbaycan xalqının firavanlığı və ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Dərin hörmətlə,

Elşad İSGƏNDƏROV
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Türkiyə Respublikası, İstanbul şəhəri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında