Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezidentimiz!

Zati-alinizin yenidən Azərbaycan Prezidenti seçilməsinə qəlbən sevinir və Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyi və qardaş ölkədə yaşayan çoxsaylı soydaşlarımız adından Sizə səmimi təbriklərimizi çatdırırıq.

Siz, eyni zamanda, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Həyata keçirdiyiniz dövlətçilik siyasəti Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsini, hərtərəfli inkişafını və beynəlxalq aləmdə mövqeyinin getdikcə yüksəlməsini təmin etdikcə, doğma Vətənimizlə daha çox qürur duyuruq.

Əziz Prezidentimiz,

Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi günün yaxınlaşdığına əminik və Qarabağda keçirəcəyimiz qələbə bayramını səbirsizliklə gözləyirik.

Zati-alinizə uzun ömür, cansağlığı, səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

Əzizağa ƏLİYEV
Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti,
Qırğız Respublikasının Əməkdar hüquqşünası

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında