Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım və dərin hörmətimi ifadə edim.

Azərbaycan xalqı 2018-ci il aprelin 11-də Sizi yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçməklə, ölkənin sabitliyinə və inkişafına, beynəlxalq arenada nüfuz və təsirinin daha da güclənməsinə səs vermiş oldu. Zəngin çoxəsrlik tarixi olan Azərbaycan Sizin rəhbərliyinizlə daha da çiçəklənmiş, dünya birliyində layiqli yer tutan inkişaf etmiş dövlətlər sırasına daxil olmuşdur.

Ölkənizdə millətlərarası həmrəylik hökm sürür, Rusiya ilə sabit dostluq münasibətləri davam etməkdədir. Bizim neft-qaz sənayesinin tarixi kökləri Bakı və bütün Azərbaycanla sıx bağlıdır. Biz – Rusiyanın neft və qaz sənayesi sahəsinin işçiləri ölkələrimizin yanacaq energetika komplekslərinin inkişafına əvəzsiz töhfə vermiş görkəmli mütəxəssislərin əməyini yüksək dəyərləndiririk.

Əziz İlham Heydər oğlu.

İnanıram ki, əməksevər və çox istedadlı Azərbaycan xalqı Sizin rəhbərliyiniz ilə daha böyük uğurlar qazanacaqdır. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə və ailənizə cansağlığı, səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Yuri Şafranik
Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı Şurasının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında