Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezidentimiz!

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 2017-ci il fevralın 13-dən etibarən Yunanıstanın Saloniki şəhərində rəsmi fəaliyyətə başlamışdır. Sizin müdrik rəhbərliyinizlə ölkə xaricində yaşayan hər bir Azərbaycan vətəndaşı öz həyatında dövlət qayğısını hiss edir. Sizin fəaliyyətiniz dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Möhtərəm cənab Prezident, “Qala” Cəmiyyətinin bütün üzvləri adından aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edir, Yunanıstanda yaşayan həmvətənlərimizin Sizin siyasi kursunuzu daim birmənalı olaraq dəstəklədiklərini bildirmək istəyirəm.

Hörmətlə,

Rəşid Məmmədov
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında