Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev.

Sizi, türk dünyasının üç böyük liderindən birini yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Zati-alinizə qardaş Azərbaycanın daha güclü, daha sabit dövlət olması istiqamətində uğurlar diləyirəm.

Ermənistan tərəfindən ərazi bölüvlüyünə edilən təcavüzə və 25 ildən çox müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan heç zaman geriyə addım atmayıb, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətini nümayiş etdirib.

Mərhum Prezident Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan, Zati-aliləri, Sizin prezidentliyiniz dövründə daha  böyük uğurlar qazanaraq artıq beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib.

Azərbaycanda yaşayan və sayı 70 mindən çox olan, ölkənin siyasi və sosial həyatında fəal rol oynayan axısxa türkləri aprelin 11-də keçirilmiş prezident seçkilərinə böyük maraq göstəriblər.

Zati-aliləri, Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanın rifahına, ölkənin inkişafına və ən əsası isə, regionun təhlükəsizliyinə mühüm töhfələr verəcək.

Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın nailiyyətlərinin davamlı olmasını arzulayırıq.

Hörmətlə,

Ziyəddin Kassanov
Dünya Axısxa Türkləri Birliyinin baş direktoru

Türkiyə Respublikası, İstanbul şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında