Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Qardaş Azərbaycanda keçirilən, əmin-amanlıq və sabitlik şəraitində başa çatan prezident seçkilərində Zati-alinizin Azərbaycan xalqının 86 faizdən çox səsini qazanaraq yenidən Prezident seçilməsindən duyduğumuz məmnunluğu vurğulamaq istəyirəm. Qardaş azərbaycanlıların Sizin şəxsinizdə rifaha, inkişafa, ölkədə və regionda təhlükəsizliyə səs verdikləri aydın şəkildə görünür.

Yenidən prezident seçilməyinizin Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələri “Bir millət, iki dövlət” anlayışı ilə daha da möhkəmləndirəcəyinə, daha da dərinləşdirəcəyinə dərin inamımızı məmnuniyyətlə ifadə etmək istəyirəm.

Azərbaycan ilə Türkiyə arasında inkişaf etdirdiyiniz möhkəm əlaqələrə uyğun olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Türkiyənin Hak İşçi Sindikatları Konfederasiyası arasında da oxşar qardaşlıq əlaqələrini hər ötən gün gücləndirdiyimizi vurğulamaq istəyirəm. AHİK-in Zati-alinizin liderliyi ilə Azərbaycanın sosial inkişafına töhfələrini qiymətləndiririk.

Yeni prezidentlik dönəminizdə Azərbaycanın rifahı, sabitliyi və inkişafına olduğu kimi, regionun sülh, təhlükəsizlik və sabitliyinə daha da çox fayda verəcəyinizə inanırıq.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizi prezident seçkilərindəki inamlı qələbəniz münasibətilə bir daha təbrik edir, bütün azərbaycanlı qardaşlarımıza hörmət və salamlarımızı çatdırırıq.

Hörmətlə,

Mahmud Arslan
Türkiyənin Hak İşçi Sindikatları Konfederasiyasının baş direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında