Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Aprelin 11-də son dərəcə şəffaf şəraitdə keçirilən prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Zati-alinizi və Azərbaycan xalqını təbrik edirik. Demokratiyaya güclü şəkildə bağlı olan Azərbaycan xalqı bununla tolerantlığın, sabitliyin, rifahın və inkişafın rəhni olan siyasətinizi dəstəklədiyini bir daha sübut etdi. Növbəti prezident seçkilərinin sabitlik və hüququn aliliyi çərçivəsində keçirilməsi Azərbaycanda demokratiyanın yüksək səviyyəyə çatdığını beynəlxalq ictimaiyyətə göstərdi.

Prezidentliyiniz dövründə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın diplomatiya və hərbi sahədə uğurlu addımları və əldə etdiyi nəticələr qədim torpaqlarımızın Ermənistanın beynəlxalq hüquqa zidd olaraq işğalından azad edilməsinin artıq daha yaxın olduğunun göstəricisidir. Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu siyasətin prezidentliyiniz müddətində müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı yüksək zirvələrə çatdırıb. İqtisadiyyat sahəsində inkişafın davamı və Azərbaycanın bölgədə gündən-günə artan təsirini nəzərə aldıqda 11 aprel prezident seçkilərində xalqın Sizə inamı təkcə Azərbaycanımız üçün deyil, eyni zamanda, bölgəmiz üçün də böyük bir şansdır.

Çox hörmətli cənab Prezidentimiz, ortaq tarixə, mədəniyyətə, kimliyə, dilə sahib qardaş dövlət olan, ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı Türkiyə və Azərbaycan düşünülmüş siyasətlə bütün sahələrdə qırılmaz tellərlə bir-birinə bağlanıb. Artıq Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli strateji əməkdaşlıq Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün mühüm amilə çevrilib. Prezidentliyinizin qarşıdakı dönəmində də iki qardaş ölkə arasındakı əlaqələrdə və regional siyasətdə, İnşallah, tarixi qardaşlıq bağları, strateji sərmayələr və yüksək səviyyəli siyasi münasibətlərdən aldığı ilhamla dinamik inkişafın sürətlə davam etməsinin müşahidə olunacağına şübhə yoxdur.

Biz Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycanın Sizin kimi təcrübəli, uğurlu, etibarlı və dünyanın hörmət etdiyi bir Prezidentinin olmasından qürur duyduğumuzu bildirir, seçkilərdəki qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, can Azərbaycanımıza salam və ehtiramımızı çatdırırıq.

Dərin hörmətlə,

Ənvər Türkoğlu
Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER)
baş direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında