Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikası­nın Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Prezident seçkilərində inamlı qələbəniz Sizin məqsədyönlü siyasi xəttinizə Azərbaycan xalqının dəstəyinin parlaq sübutudur.

Sizin səriştəli rəhbərliyiniz ilə ölkənizdə davamlı iqtisadi, sosial və inzibati islahatlar gerçəkləşdirilir, ictimai münasibətlərin və dövlət təsisatlarının tam demokratikləşməsi həyata keçirilir.

Bu uzaqgörən strateji xəttin davamlı reallaşması sayəsində Azərbaycanın yaxın və uzaq xarici ölkələrdə nüfuzu daha da yüksəlir, beynəlxalq arenada onun fəallığı və rolu durmadan artır.

İnanıram ki, Prezident kürsüsündə bundan sonrakı fəaliyyətiniz respublika­nızın siyasi və sosial-iqtisadi inkişafında yeni nailiyyətlər qazanmasına, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin daha da genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.

Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi bir daha çatdırmaqla yanaşı, Sizə möhkəm cansağ­lığı, əmin-amanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Sergey LEBEDEV
MDB İcraiyyə Komitəsinin sədri –icraçı katibi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında