Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Pre­zidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkə əhalisinin Sizə göstərdiyi bu etimad dövlətin mənafeyi naminə uzun illər səmərəli fəaliyyətinizin qanuna­uyğun nəticəsidir. Seçkilərin nəticələri Azərbaycan xalqının maraqlarını və ümidlərini doğruldan təcrübəli və məsuliyyətli siyasi xadim kimi Sizin yüksək nüfuzunuzun danılmaz sübutu­dur.

Beynəlxalq Şahmat Federasiyası ilə Sizin gözəl ölkəniz arasında uzun illər davam edən məhsuldar dostluq münasibətləri mövcuddur. Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadası bütün şahmat aləmində xoş xatirə kimi iz qoydu. İdman ictimaiyyəti bu Olimpiadanı tarixdə ən yaxşı şahmat yarışı hesab edir. “Məktəblərdə şahmat” proqramı fəal inkişaf etdirilir, bölgələrdə şahmat klubları açılır, beynəlxalq turnirlər keçirilir. Azərbaycan yığması dəfələrlə Avropa komanda çempionat­larında qalib olub. Azərbaycan şahmat məktəbinin, onun çox güclü oyunçu­larının nüfuzu olduqca yüksəkdir və heç şübhəsiz ki, bu işdə Sizin şəxsi xidmətləriniz böyükdür. Bu il apre­lin 18-də Şəmkirdə keçiriləcək 5-ci superturnirin açılış mərasimində böyük məmnuniyyətlə iştirak edəcəyəm.

Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram və bu xoş fürsətdən istifadə edərək, aprelin 19-da Sizin üçün əlverişli olan istənilən saatda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşməyə razılıq verməyinizi xahiş edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz ener­ji və ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

Kirsan İLYUMJINOV
Beynəlxalq Şahmat Federasiyasının prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında