Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruha­ni İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz prezidentliyi­nizin əvvəlki dönəmlərində respublika­da gedən sürətli inkişafı və əldə olunan uğurları qardaş Azərbaycan xalqının yüksək qiymətləndirdiyini göstərdi.

Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasına sabit və davamlı inkişaf, iqtisadiyyat, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər, hər bir ailəyə firavan­lıq və xoşbəxtlik arzu edirəm. Dualarımla arzu edirəm ki, dost ölkələrimiz və qardaş xalqlarımız arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənsin və ümumi firavanlı­ğımız naminə yeni dəyərlərlə zənginləşsin.

İcazə verin, Sizə Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşma­sına, respublikada müxtəlif dinlərin və etnosların nümayəndələri arasında eti­mad və qardaşlıq mühitinin inkişafına yönəlmiş bütün təşəbbüslərinizdə uğurlar, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənmiş xarici siyasət xəttinizin davamlı olmasını arzu edim.

Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin.

Dərin hörmət və xeyirli dualarla,

Müfti şeyx Ravil QAYNUTDIN
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri,
Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında