Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin qələbəniz Azərbaycanımızın hərtərəfli inkişafına, yüksəlişinə yönəlmiş siyasi kursunuza xalqımızın böyük etimadının göstəricisidir.

Doğma vətənimiz Azərbaycan Sizin rəhbərliyiniz sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifahının yaxşılaşması naminə gördüyünüz işlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm, idman və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Möhtərəm cənab Prezident, Azərbaycanımızın bütün bu uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada aparıcı mövqelərini qoruyub saxlaması məhz Sizin rəhbərliyiniz altında dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizminin həyata keçirilməsi sayəsində mümkün olub.

Fürsətdən istifadə edərək, Sizi prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edir, Azərbaycanımızın, xalqımızın tərəqqisinə xidmət edən siyasətin və şərəfli missiyanızın həyata keçirilməsi yolunda yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

İqbal Hacıyev
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında