Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Federasiyasındakı Azərbaycan icmaları birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Biz Sizin bu qələbənizi Azərbaycan xalqının və xaricdə yaşayan həmvətənlərimizin ümumi qələbəsi, müdrikliyin qələbəsi, sülh və sabitlik şəraitində yaşamaq eşqinin qələbəsi kimi dəyərləndiririk.

Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulan dövlət quruculuğu əsasında Sizin rəhbərliyiniz ilə güclü və inkişaf edən dövlət qurulub. 

Sizin sadə insanlara, onların ən zəruri problemlərinə qayğınız, xoşbəxt gələcək naminə saf insani səmimiyyətiniz hansı ölkədə yaşamağından asılı olmayaraq, bütün azərbaycanlılarda qürur,  məhəbbət və minnətdarlıq hissləri doğurur.

Rusiyanın bütün Azərbaycan icması Sizə cansağlığı və Vətənimizin, xalqımızın tərəqqisi naminə gələcək işlərinizdə uğurlar arzulayır. 

Rusiya Federasiyasındakı 68 Azərbaycan icması adından səmimi və dərin hörmətlə,

Fazil Qurbanov
AMEA-nın akademiki, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru,

Moskva şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında