Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Rusiyanın TASS informasiya agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Seçicilərin fəallığı və Sizin namizədliyinizə verilən səslərin yüksək faizi insanların Sizə etimadının şəksiz sübutudur. Azərbaycan xalqı respublikanın uzun illər boyu getdiyi yol ilə həmrəyliyini azad və şəffaf seçkilər nəticəsində bir daha nümayiş etdirdi.

Sizin qətiyyətiniz və əzmkarlığınız,
rəhbər istedadınız bütün dövrlərdə Azərbaycanın qələbələrinin həlledici qüvvəsi olan xalqın zəngin mənəvi və yaradıcı potensialını səfərbər etməyə imkan verdi. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dövlətinizin inkişafı və möhkəmlənməsi daha yüksək səviyyəyə çatacaq.

Bu əlamətdar gündə ən səmimi arzularımı, firavanlıq, yeni uğurlar diləyimi qəbul edin. Qoy, Sizin bütün xoş niyyətləriniz əvvəllər olduğu kimi, yenə də Azərbaycan xalqı tərəfindən həmrəyliklə qarşılansın, yaxın dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin.

Hörmətlə,

Sergey Mixaylov
Rusiyanın TASS informasiya agentliyinin baş direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında