Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım!

Aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən prezident seçilməyiniz münasibətilə xalqım adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın daha da demokratikləşməsində mühüm bir mərhələ təşkil etdiyinə inandığım bu seçkilərin uğurla başa çatmasından duyduğum məmnunluq hissini xüsusi vurğulamaq istəyirəm.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində də Azərbaycanın rifahına, inkişafına və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfələrinizi davam etdirəcəksiniz.

Xalqlarımız arasında qədim tarixə və qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri Zati-alinizin rəhbərliyi və
birgə səylərimizlə yüksək səviyyəyə çatıb. Zati-alinizin növbəti illərdə də bu istiqamətdə mühüm töhfələr verməyə davam edəcəyinə ürəkdən inanıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Dəyərli Qardaşım, Sizə bir daha ən səmimi cansağlığı və xoşbəxtlik arzularımı çatdırıram.

Dərin hörmətlə,

Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında