"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 1, maddə 1; 1995-ci il, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 199; 2008-ci il, № 10, maddə 886) 24-cü maddəsinin 2-ci bəndində "orta ixtisas məktəblərinin və başqa tədris" sözləri "orta ixtisas və başqa təhsil" sözləri ilə, "tədris müəssisələrində" sözləri "təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin.
II. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933; 2007-ci il, № 6, maddə 561, № 8, maddə 756, № 11, maddələr 1053, 1078; 2008-ci il, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8 maddə 709, № 12, maddə 1048; 2010-cu il, № 3, maddə 171; № 6, maddə 482) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddədə hər iki halda "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
2. 11-ci maddənin 1-ci bəndi üzrə:
2.1. üçüncü hissənin ikinci abzasında "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;
2.2. beşinci hissənin "d" yarımbəndində "hərbi-tədris" sözləri "hərbi təhsil" sözləri ilə, "e" yarımbəndində "tədris məzuniyyəti" sözləri "təhsil məzuniyyəti" sözləri ilə əvəz edilsin.
3. 12-ci maddənin 1-ci bəndinin ikinci və üçüncü hissələrində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
4. 14-cü maddə üzrə:
4.1. 1-ci bənddə "tədris müəssisələrinə və ixtisasartırma kurslarına" sözləri "və əlavə təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin;
4.2. 2-ci bənddə "tədris müəssisələrinin axşam və" sözləri "təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;
4.3. 3-cü və 4-cü bəndlər çıxarılsın.
5. 21-ci maddənin 1-ci bəndinin "b" yarımbəndində ", yenidən hazırlıq və ixtisasartırma üzrə tədris" sözləri "və əlavə təhsil" sözləri ilə, 3-cü bəndində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
6. 23-cü maddənin "ğ" yarımbəndində "məktəblərində" sözü "təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin.
7. 26-cı maddənin 2-ci bəndinin birinci abzasının birinci cümləsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
III. "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57, № 7, maddə 507; 2006-cı il, № 3, maddə 219; 2007-ci il, № 1, maddələr 1, 4; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 4, maddə 275) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddə üzrə:
1.1. adında və mətnində "çağırışqabağı" sözləri "çağırışaqədərki" sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissədə "texniki peşə, orta ixtisas məktəblərində" sözləri "ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrində" sözləri ilə əvəz edilsin.
2. 4-cü maddə üzrə:
2.1. birinci hissədə "və texniki peşə məktəblərində" sözləri ", peşə məktəblərində və peşə liseylərində" sözləri ilə əvəz edilsin;
2.2. üçüncü və dördüncü hissələrdə "çağırışqabağı" sözləri "çağırışaqədərki" sözləri ilə əvəz edilsin.
3. 6-cı maddənin adında, birinci və ikinci hissələrində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
4. 7-ci maddənin dördüncü hissəsində "və təhsil ocaqları" sözləri ", o cümlədən təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.
5. 8-ci maddə üzrə:
5.1. üçüncü hissədə "kolxozların və təhsil ocaqlarının" sözləri "o cümlədən təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;
5.2. dördüncü hissənin dördüncü abzasında ismin müvafiq hallarında "tədris müəssisəsi" sözləri ismin müvafiq hallarında "təhsil müəssisəsi" sözləri ilə əvəz edilsin.
6. 10-cu maddənin üçüncü abzasında "hərbi tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
7. 19-cu maddənin birinci hissəsi üzrə:
7.1. birinci abzasda "Ümumtəhsil məktəblərini" sözləri "Ümumi təhsil müəssisələrini" sözləri ilə əvəz edilsin.
7.2. "a", "b" və "v" bəndləri aşağıdakı redaksiyada verilsin:
"a) ümumi təhsil müəssisələrində tam orta təhsil alan 20 yaşınadək çağırışçılara;
b) ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
v) orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;";
7.3. "q" bəndində "təhsilin birinci - bakalavr (ali tibb təhsil üçün, o cümlədən internatura) pilləsində" sözləri "təhsilin bakalavriat səviyyəsində, o cümlədən tibb təhsilində əsas təhsil və rezidenturada" sözləri ilə əvəz edilsin.
8. 21-ci maddənin birinci hissəsinin "a" yarımbəndində "elmlər namizədi" sözləri "fəlsəfə doktoru" sözləri ilə əvəz edilsin.
9. 23-cü maddənin birinci hissəsində "və təhsil ocaqlarının" sözləri ", o cümlədən təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin.
10. 25-ci maddənin üçüncü hissəsində "tədris" sözü "o cümlədən təhsil" sözləri ilə əvəz edilsin.
11. 28-ci maddənin üçüncü və dördüncü hissələrində "hərbi tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
IV. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998-ci il, № 1, maddə 16; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə 328, № 12, maddə 692; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 8, maddə 684; 2009-cu il, № 5, maddə 314, № 7, maddələr 512, 517) 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 9-cu maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin adında və mətnində, 11-ci maddəsinin üçüncü hissəsinin 6-cı bəndində, 12-ci maddəsinin üçüncü hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 29-cu maddəsinin on birinci abzasında birinci halda "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
V. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378; № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275) aşağıdakı dəyişikliklər edilsin:
1. 15-ci maddə üzrə:
1.1. ikinci hissədə "təlim-tərbiyəsini" sözləri "təhsilini" sözü ilə, "orta, texniki-peşə" sözləri "ümumi, ilk peşə-ixtisas" sözləri ilə əvəz edilsin;
1.2. üçüncü hissədə "evdə tədris formasında və fərdi dərs planları üzrə" sözləri "evdə təhsil və fərdi təhsil formalarında" sözləri ilə əvəz edilsin.
2. 18-ci maddənin adında və mətnində "tərbiyəsi" sözü "təhsili" sözü ilə əvəz edilsin.
3. 19-cu maddə üzrə:
3.1. adında "orta," sözü "ümumi," sözü ilə əvəz edilsin;
3.2. birinci hissədə "orta," sözü "ümumi," sözü ilə, hər iki halda "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;
3.3. ikinci hissədə "texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin" sözləri "ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;
3.4. dördüncü hissədə hər iki halda "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;
3.5. səkkizinci hissədə "ödənişli formada" sözləri "ödənişli əsaslarla" sözləri ilə əvəz edilsin.
4. 21-ci maddə üzrə:
4.1. adında və birinci hissədə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;
4.2. birinci hissədə "ocaqlarında" sözü "müəssisələrində" sözü ilə əvəz edilsin;
4.3. üçüncü hissədə "məktəblər" sözü "təhsil müəssisələri" sözləri ilə əvəz edilsin;
4.4. dördüncü hissədə "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin.
VI. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 163; 2001-ci il, № 3, maddələr 146, 147, № 11, maddələr 683, 694, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 4, maddə 199, № 5, maddə 319; 2005-ci il, № 7, maddə 588; 2006-cı il, № 4, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin dördüncü hissəsinin birinci və ikinci cümlələrində, beşinci hissəsinin birinci və ikinci cümlələrində "hərbi-tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
2. 5-ci maddənin beşinci hissəsinin birinci cümləsində, 9-cu maddənin beşinci hissəsində, 13-cü maddənin birinci hissəsinin "b" bəndində, 14-cü maddənin birinci hissəsinin beşinci abzasında, 15-ci maddənin "v" bəndində "hərbi tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
3. 13-cü maddənin birinci hissəsinin "b" bəndində "tədris müəssisəsinə" sözləri "təhsil müəssisəsinə" sözləri ilə əvəz edilsin.
4. 23-cü maddənin birinci hissəsinin "d" bəndində "əyani və axşam təhsili formaları" sözləri "əyani təhsilalma forması" sözləri ilə, "təhsil forması" sözləri "təhsilalma forması" sözləri ilə əvəz edilsin.
VII. "Daxili qoşunların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133; 2008-ci il, № 7, maddə 602; 2009-cu il, № 12, maddə 946) 6-cı maddəsinin "q" bəndində, 10-cu maddəsinin "d" bəndində, 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsində, 25-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin üçüncü və altıncı hissələrində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
VIII. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 2002-ci il, № 6, maddə 328; 2004-cü il, №7, maddə 505; 2006-cı il, № 12, maddə 1033; 2007-ci il, №1, maddə 4; 2010-cu il, № 5, maddə 386) 6-cı maddəsinin birinci hissəsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
IX. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 8, maddə 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 59; 2004-cü il, № 3, maddə 133) ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"nin 1-ci maddəsinin birinci hissəsində "tədris" sözü "təhsil" sözü ilə, 14-cü maddəsinin üçüncü hissəsində "təhsil məktəbinin" sözləri "təhsil müəssisəsinin" sözləri ilə əvəz edilsin.
X. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133, № 5, maddə 312; 2007-ci il, № 8, maddə 754, № 11, maddə 1078; 2008-ci il, № 8, maddə 709) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 39-cu maddənin ikinci hissəsinin on səkkizinci abzasında "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
2. 40-cı maddənin üçüncü hissəsinin on üçüncü abzasında "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin.
3. 319-cu maddənin ikinci hissəsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
XI. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 312, № 6, maddə 415; 2007-ci il, № 8, maddə 754; 2008-ci il, № 8, maddə 709; 2010-cu il, № 4, maddə 274) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 69-cu maddənin on birinci abzasında, 112-ci maddənin beşinci abzasında, 116-cı maddənin on ikinci abzasında, 122-ci maddənin on birinci abzasında "hərbi tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
2. 109-cu maddənin səkkizinci abzasında "tədris məktəblərinə" sözləri "təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin.
XII. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 19; 2001-ci il, № 11, maddələr 676, 695, 699; 2002-ci il, № 5, maddə 243, № 12, maddə 692; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57; 2006-cı il, № 1, maddə 3; 2007-ci il, № 5, maddə 398; 2008-ci il, № 8, maddə 701; 2010-cu il, № 4, maddə 265) 19-cu maddəsinə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. maddənin mətni birinci hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda ikinci, üçüncü və dördüncü hissələr əlavə edilsin:
"Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.".
2. birinci hissənin birinci cümləsində "Azərbaycan Respublikasında" sözlərindən əvvəl "Azərbaycan Respublikasının qanunvericiliyində digər hal nəzərdə tutulmamışdırsa," sözləri əlavə edilsin.
XIII. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 399; 2001-ci il, № 12, maddə 736; 2005-ci il, № 8, maddə 692, № 10, maddə 872; 2006-cı il, № 12, maddə 1007; 2008-ci il, № 6, maddə 462, № 11, maddə 960) 7-ci maddəsinin ikinci hissəsində "tədris məktəbləri" sözləri "təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.
XIV. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008-ci il, № 7, maddə 602; 2009-cu il, № 2, maddə 46, № 12, maddə 949; Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1114-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddədə, 46-cı maddənin üçüncü hissəsində, 48-ci maddənin dördüncü hissəsində və 49-1-ci maddənin yeddinci hissəsinin birinci cümləsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
2. 46-cı maddənin birinci hissəsində "məktəblərində" sözü "müəssisələrində" sözü ilə əvəz edilsin.
3. 47-ci maddədə "məktəblərində" sözü "təhsil müəssisələrində" sözləri ilə, "müvafiq tədris və ya elm müəssisələrində peşə hazırlıqlarını artıra" sözləri "əlavə təhsil ala" sözləri ilə əvəz edilsin.
XV. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 14; 2001-ci il, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 464; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 886; 2005-ci il, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1078; 2008-ci il, №7, maddə 602, № 8, maddə 695, №12, maddə 1048; 2010-cu il, № 6, maddə 482) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin birinci cümləsində, 12-ci maddənin mətnində, 15-ci maddənin ikinci abzasında, 16-cı maddənin "v" bəndinin ikinci abzasında və "d" bəndinin ikinci və beşinci abzaslarında, 31-ci maddədə, 37-ci maddənin ikinci hissəsinin birinci cümləsində, 45-ci maddənin üçüncü hissəsinin birinci abzasında, 49-cu maddənin birinci hissəsinin "b" bəndində, 57-ci maddənin "a" bəndində, 58-ci maddənin "b" və "ə" bəndlərində, 62-ci maddədə, 72-ci maddənin "k" bəndində, 126-cı maddənin üçüncü hissəsinin ikinci cümləsində, 132-ci maddənin birinci hissəsində, 147-ci maddənin yeddinci hissəsində, 150-ci maddənin ikinci və üçüncü hissələrində, 160-cı maddənin üçüncü abzasında, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə 10, 11 və 15 saylı əlavələrdə "hərbi tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
2. 16-cı maddənin birinci hissəsinin "a" bəndinin ikinci və üçüncü abzaslarında, 23-cü maddədə, 27-ci maddənin birinci hissəsində, 32-ci maddənin birinci hissəsinin "v" bəndində və altıncı hissəsində, 36-cı maddədə, 37-ci maddənin birinci, ikinci və üçüncü hissələrində, 40-cı maddənin birinci hissəsinin "a" və "d" bəndlərində, 47-ci maddənin "v" bəndində, 49-cu maddənin birinci hissəsinin "b" bəndində, 50-ci maddənin "b" bəndində, 51-ci maddənin "a" bəndində, 58-ci maddənin "a" və "v" bəndlərində, 61-ci maddənin birinci hissəsində, 65-ci maddənin ikinci və üçüncü hissələrində, 72-ci maddənin "v" bəndində, "q" bəndində hər iki halda, "d" bəndinin üçüncü cümləsində hər üç halda və "i" bəndində, 76-cı maddədə, 77-ci maddənin ikinci hissəsində, 79-cu maddənin ikinci hissəsində, 86-cı maddənin birinci hissəsində, 87-ci maddənin ikinci abzasında hər üç halda, 90-cı maddənin birinci hissəsində, 93-cü maddənin ikinci hissəsinin üçüncü abzasında, 94-cü maddənin birinci hissəsinin birinci cümləsində, 95-ci maddənin birinci hissəsinin altıncı abzasında, 100-cü maddənin ikinci və üçüncü hissələrində hər iki halda, 105-ci maddənin ikinci hissəsində, 114-cü maddənin "d" bəndində, 115-ci maddənin üçüncü hissəsinin birinci cümləsində, 116-cı maddənin birinci hissəsində, 131-ci maddənin birinci hissəsində, 132-ci maddənin birinci hissəsində və ikinci hissəsinin birinci cümləsində, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə 6 saylı əlavənin adında və 9 saylı əlavənin 1-ci bəndinin "v" yarımbəndində "hərbi-tədris" sözləri "hərbi təhsil" sözləri ilə əvəz edilsin.
3. 38-ci maddənin birinci hissəsinin "b" bəndində, 72-ci maddənin ikinci hissəsinin ikinci abzasında, "q" bəndində üçüncü halda və "k" bəndinin ikinci abzasının ikinci cümləsində, 77-ci maddənin dördüncü hissəsində, 90-cı maddənin beşinci hissəsinin birinci və ikinci cümlələrində, 104-cü maddənin üçüncü hissəsində, 115-ci maddənin üçüncü hissəsinin birinci cümləsində ikinci halda, 126-cı maddənin üçüncü hissəsinin ikinci cümləsində ikinci halda, 133-cü maddənin üçüncü hissəsinin "a" bəndinin ikinci abzasında, 186-cı maddənin ikinci hissəsində, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə 10 və 11 saylı əlavələrdə ismin müvafiq hallarında "tədris müəssisəsi", "tədris müəssisələri" sözləri ismin müvafiq hallarında müvafiq olaraq "təhsil müəssisəsi", "təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.
4. 38-ci maddənin birinci hissəsinin "e" bəndində "orta təhsilli qadınlarla" sözləri "tam orta təhsilli qadınlarla" sözləri ilə əvəz edilsin.
5. 104-cü maddənin üçüncü hissəsində "təhsil ocağına" sözləri "təhsil müəssisəsinə" sözləri ilə əvəz edilsin.
6. 132-ci maddənin ikinci hissəsinin birinci cümləsində "ixtisas tədris" sözləri, ikinci cümləsində "ixtisas-tədris" sözləri "ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
7. 133-cü maddə üzrə:
7.1. birinci hissənin birinci cümləsində "tədris müəssisələrinin qiyabi və axşam şöbələrində" sözləri, üçüncü hissənin "a" bəndinin dördüncü abzasında "müəssisələrinin qiyabi və axşam şöbələrinə" sözləri "təhsili müəssisələrinin qiyabi şöbəsinə" sözləri ilə əvəz edilsin;
7.2. üçüncü hissənin "v" bəndi üzrə:
7.2.1. birinci abzasda "tədris müəssisələrinin axşam və qiyabi şöbələrində" sözləri, onuncu abzasda "məktəblərinin axşam və qiyabi şöbələrində" sözləri "təhsili müəssisələrinin qiyabi şöbəsində" sözləri ilə əvəz edilsin;
7.2.2. on ikinci və on üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
"ali təhsil müəssisələrinin qiyabi şöbəsində - 4 ay;
orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində - 2 ay;";
7.2.3. üçüncü, dördüncü, yeddinci və səkkizinci abzaslar çıxarılsın.
8. 134-cü maddənin üçüncü abzasında "elmlər namizədi" sözləri "fəlsəfə doktoru" sözləri ilə əvəz edilsin.
9. 150-ci maddənin birinci hissəsində "təhsil məktəblərinin axşam və qiyabi şöbələrində" sözləri "təhsili müəssisələrinin qiyabi şöbəsində" sözləri ilə əvəz edilsin, ikinci hissəsindən ", hərbi xidmət keçdiyi yerdə axşam ümumtəhsil məktəblərində oxumaq" sözləri çıxarılsın.
XVI. "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 223; 2001-ci il, № 11, maddə 688; 2002-ci il, № 5, maddə 245, № 12, maddə 706; 2006-cı il, № 12, maddə 1016) 20-ci maddəsinin ikinci hissəsinin 8-ci bəndinin birinci abzasından "və tədris" sözləri çıxarılsın, ikinci abzasında "ixtisasartırma kursları" sözləri "əlavə təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.
XVII. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027; 2007-ci il, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008-ci il, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009-cu il, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010-cu il, № 7, maddə 598) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin 12-ci bəndində "məktəb" sözü "təhsil müəssisəsi" sözləri ilə əvəz edilsin.
2. 16-cı maddənin I hissəsinin üçüncü cümləsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
3. 35-ci maddə üzrə:
3.1. I hissənin 1-ci bəndində və II hissənin 2-ci bəndində "təhsil planlarında" sözləri "tədris planlarında" sözləri ilə əvəz edilsin;
3.2. IV hissənin 2-ci bəndində "tədris ocaqlarının" sözləri "təhsili müəssisələrinin" sözləri ilə əvəz edilsin.
XVIII. "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 565; 2000-ci il, № 12, maddə 833; 2005-ci il, № 10, maddə 876; 2007-ci il, № 5, maddə 437; 2009-cu il, № 6, maddə 395; 2010-cu il, № 4, maddə 276) 14-cü maddəsinin ikinci hissəsinin beşinci abzasında "ixtisasının artırılmasına" sözləri "əlavə təhsilinə" sözləri ilə əvəz edilsin.
XIX. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008-ci il, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009-cu il, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010-cu il, № 2, maddələr 70, 75, № 4, maddə 275) aşağıdakı dəyişikliklər edilsin:
1. 31-ci maddənin ikinci hissəsinin "ç" bəndində "kadr hazırlığı və ixtisasartırma" sözləri "əlavə təhsil" sözləri ilə əvəz edilsin.
2. 47-ci maddənin "ç" bəndində "ordinatorluq, internatura, bakalavrlıq" sözləri "rezidentura" sözü ilə əvəz edilsin.
3. 114-cü maddənin üçüncü hissəsi üzrə:
3.1. "c" bəndində "xüsusi rejimli tədris" sözləri "xüsusi təhsil" sözləri ilə, "tədris müəssisəsində" sözləri "təhsil müəssisəsində" sözləri ilə əvəz edilsin;
3.2. "ç" bəndində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
4. 118-ci maddə üzrə:
4.1. birinci hissənin:
4.1.1. "a" bəndində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
4.1.2. "ç" bəndində "tədris müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internat tərbiyəçilərindən başqa)" sözləri "təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa)" sözləri ilə əvəz edilsin;
4.1.3. "e" bəndində "məktəblərin" sözü "təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;
4.2. ikinci hissənin:
4.2.1. "c" bəndi aşağıdakı redaksiyada verilsin:
"c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;";
4.2.2. "e" bəndində "məktəblərin" sözü "təhsil müəssisələrinin" sözləri ilə, "elmlər namizədi" sözləri "fəlsəfə doktoru" sözləri ilə əvəz edilsin.
5. 122-ci maddə üzrə:
5.1. birinci hissədən "aspiranturada," sözü çıxarılsın;
5.2. ikinci hissənin birinci cümləsində "Elmlər namizədi" sözləri "Fəlsəfə doktoru" sözləri ilə əvəz edilsin;
5.3. üçüncü hissədə "doktoranturada, aspiranturada təhsil alan (o cümlədən aspiranturaya daxil olmaq üçün)" sözləri "doktoranturada təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq üçün)" sözləri ilə əvəz edilsin.
6. 124-cü maddə üzrə:
6.1. birinci və ikinci hissələr çıxarılsın;
6.2. üçüncü hissədə "məktəblərin" sözü "təhsil müəssisələrinin" sözləri ilə, "məktəblərinin" sözü "təhsili müəssisələrinin" sözləri ilə əvəz edilsin;
6.3. dördüncü hissədə "məktəblərinin axşam və" sözləri "təhsili müəssisələrinin" sözləri ilə əvəz edilsin;
6.4. beşinci hissədə "məktəblərin axşam və" sözləri "təhsil müəssisələrinin" sözləri ilə, "məktəblərinin axşam və" sözləri "təhsili müəssisələrinin" sözləri ilə əvəz edilsin;
6.5. yeddinci hissədə "Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və" sözləri "Ümumtəhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin.
7. 130-cu maddənin birinci hissəsinin "f" bəndindən ", aspiranturada" sözü çıxarılsın, "g)" bəndində "məktəblərdə" sözü "təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin.
8. 179-cu maddənin ikinci hissəsinin "h" bəndində "ixtisasartırma kurslarına" sözləri "əlavə təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin.
9. 209-cu maddənin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və əlavə təhsili;".
10. 219-cu maddə üzrə:
10.1. birinci hissədə "ixtisas məktəblərində" sözləri "təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;
10.2. ikinci hissədə "ixtisasartırma" sözü "əlavə təhsili" sözləri ilə əvəz edilsin;
10.3. 4-cü hissənin birinci cümləsində "ixtisasartırmanın" sözü "əlavə təhsilinin" sözləri ilə əvəz edilsin.
XX. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 404; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 199; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1005; 2007-ci il, № 1, maddə 4; 2009-cu il, № 5, maddə 308; 2010-cu il, № 7, maddə 579) 6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
XXI. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007-ci il, № 11, maddələr 1053, 1082; 2008-ci il, № 5, maddə 354; 2009-cu il, № 6, maddə 410; 2010-cu il, № 3, maddə 173, № 4, maddələr 275, 276) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 4-cü maddənin ikinci bəndinin birinci abzasının ikinci cümləsindən "məktəbəqədər tərbiyə," sözləri çıxarılsın.
2. 35-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:
"3. Bələdiyyə təhsil müəssisələrinin yaradılması, fəaliyyəti və idarə olunması qaydaları təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.".
XXII. "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 687; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 3, maddə 225; 2009-cu il, № 11, maddə 878; 2010-cu il, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin birinci hissəsinin üçüncü abzasında "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin.
2. 6-cı maddənin altıncı abzası aşağıdakı redaksiyada verilsin:
"əlavə təhsil almaq;".
XXIII. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590; 2006-cı il, № 11, maddə 926; 2007-ci il, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008-ci il, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009-cu il, № 6, maddələr 399, 406; 2010-cu il, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddə 273) ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 21-ci maddədə ", yenidən hazırlanması və ixtisaslarının artırılması" sözləri ", o cümlədən əlavə təhsili" sözləri ilə, "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
2. 43-cü maddənin birinci hissəsinin səkkizinci abzasında "öz ixtisasını artırmağa və təkmilləşdirməyə" sözləri "əlavə təhsil almağa" sözləri ilə əvəz edilsin.
3. 53-cü maddənin 3-cü bəndində "ali məktəblərin" sözləri "ali təhsil müəssisələrinin" sözləri ilə, "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
4. 63-cü maddə çıxarılsın.
5. 105-ci maddədə "Ali məktəblərin axşam və qiyabi şöbələrində təhsilini" sözləri "Ali təhsil müəssisələrində təhsilini qiyabi formada" sözləri ilə əvəz edilsin.
XXIV. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005-ci il, № 8, maddə 686; 2006-cı il, № 12, maddə 1005; 2007-ci il, № 4, maddə 322; 2009-cu il, № 7, maddə 517, № 11, maddə 878; 2010-cu il, № 5, maddə 375) 8-ci maddəsinin I hissəsinin üçüncü cümləsində "alimlik dərəcəsi" sözləri "elmi dərəcəsi" sözləri ilə əvəz edilsin.
XXV. "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 491; 2004-cü il, № 2, maddə 57; 2007-ci il, № 5, maddə 397) 7.1-ci maddəsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
XXVI. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010-cu il, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483) aşağıdakı məzmunda 49-1-ci maddə əlavə edilsin:
"Maddə 49-1. Təhsil haqqında qanunvericiliyin pozulması
49-1.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:
49-1.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə;
49-1.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan fiziki və (və ya) psixoloji zorakılığa yol verilməsinə;
49-1.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə;
49-1.0.4. dövlət təhsil və elmi-tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə -
fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.".
XXVII. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1. 8.2.5-ci maddədə "peşə təhsili" sözləri "ilk peşə-ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
2. 12-ci fəslin adında "peşə təhsili" sözləri "ilk peşə-ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
3. 100-cü maddənin adında və mətnində ismin müvafiq hallarında "peşə təhsili" sözləri ismin müvafiq hallarında "ilk peşə-ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
4. 104-cü maddənin adından və mətnindən "orta" sözü çıxarılsın.
5. 119.2-ci maddədə "peşə təhsili" sözləri "ilk peşə-ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
6. 130.2-ci maddədən "orta" sözü çıxarılsın, "peşə təhsili" sözləri "ilk peşə-ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
XXVIII. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009-cu il, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010-cu il, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:
1. 13.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır.".
2. 19.0.4-cü maddədə "ixtisasının artması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
3. 21.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma;".
4. 22-1-ci maddə üzrə:
4.1. maddənin adında "təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;
4.2. 22-1.1-ci və 22-1.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"22-1.1. Dövlət qulluqçusunun əlavə təhsili fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir.
22-1.5. Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir.";
4.3. 22-1.2-ci maddədə "təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi vaxtı" sözləri "əlavə təhsil aldığı müddət" sözləri ilə əvəz edilsin;
4.4. 22-1.3-cü və 22-1.4-cü maddələrdə "təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi" sözləri "əlavə təhsil alması" sözləri ilə əvəz edilsin;
4.5. 22-1.6-cı maddədə "peşə təhsili" sözləri "təhsil" sözü ilə əvəz edilsin;
4.6. 22-1.7-ci və 22-1.8-ci maddələrdən "peşə" sözü çıxarılsın.
5. 29.9.3-cü maddədə "təkrar hazırlıq keçilməsi və ixtisasın artırılması" sözləri "əlavə təhsilalma" sözləri ilə əvəz edilsin.
6. 31.4.3-cü maddədə "təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsinə" sözləri "əlavə təhsilinə" sözləri ilə əvəz edilsin.
7. 31.13-cü maddənin birinci cümləsində və 31.18-ci maddədə "təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi" sözləri "müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi" sözləri ilə əvəz edilsin.
8. 32.2-ci maddədə "təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməyin" sözləri "əlavə təhsilalmanın" sözləri ilə əvəz edilsin.
XXIX. Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 383) ilə təsdiq edilmiş "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"nin 7-ci maddəsinin səkkizinci abzasında "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
XXX. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 442; 2008-ci il, № 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.0.7-ci maddədə "yenidən hazırlanması və ixtisaslarının artırılmasına" sözləri "əlavə təhsilinə" sözləri ilə əvəz edilsin.
2. 7.0-cı maddədə "xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərinin" sözləri "xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin" sözləri ilə əvəz edilsin.
3. 19-cu maddənin adında, 19.2-ci və 19.3-cü maddədə "peşə-ixtisas təhsili" sözləri "ilk peşə-ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
4. 27.2-ci maddədə "orta və ali peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən hazırlanma müəssisələrində" sözləri "orta ixtisas, ali və əlavə təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin.
XXXI. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452, № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; 2006-cı il, № 11, maddə 927; 2007-ci il, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008-ci il, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009-cu il, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010-cu il, № 3, maddə 171) 13-cü maddəsinin adında "peşə hazırlığının və ixtisaslarının artırılması" sözləri "peşə hazırlığının artırılması və əlavə təhsili" sözləri ilə, 13.1-ci maddəsinin birinci cümləsində və 13.2-ci maddəsinin ikinci cümləsində ismin müvafiq hallarında "tədris" sözü ismin müvafiq hallarında "təhsil" sözü ilə əvəz edilsin.
XXXII. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 567; 2002-ci il, № 12, maddə 703; 2004-cü il, № 6, maddə 414; 2005-ci il, № 10, maddə 873; 2008-ci il, № 3, maddə 155; 2009-cu il, № 6, maddə 399) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.3.6-cı maddədə "ixtisasartırma" sözü "əlavə təhsilin" sözləri ilə əvəz edilsin.
2. 15.1-ci və 15.2-ci maddələrdə "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin.
XXXIII. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 453, № 12, maddə 731; 2004-cü il, № 10, maddə 760; 2005-ci il, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006-cı il, № 10, maddə 846, № 11, maddə 927; 2007-ci il, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008-ci il, № 3, maddə 155, № 10, maddə 882; 2009-cu il, № 2, maddə 48, № 6, maddə 399; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 273) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 11-ci maddənin ikinci hissəsində "orta təhsilli" sözləri "tam orta təhsilli" sözləri ilə, üçüncü və dördüncü hissələrində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
2. 19-cu maddənin birinci cümləsində "orta və orta ixtisas" sözləri "tam orta və orta ixtisas" sözləri ilə əvəz edilsin.
3. 20-ci maddənin birinci hissəsində "xüsusi orta ixtisas" sözləri "xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas" sözləri ilə əvəz edilsin.
4. 26-cı maddədə "ali və xüsusi orta ixtisas təhsilli" sözləri "xüsusi təyinatlı təhsil" sözləri ilə əvəz edilsin.
5. 27-ci maddədə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
6. 43-cü maddənin ikinci hissəsində "daxili təhsil" sözləri "xüsusi təyinatlı və digər aidiyyəti təhsil" sözləri ilə əvəz edilsin.
7. 56-cı maddənin ikinci hissəsində "xüsusi orta təhsil" sözləri "xüsusi təyinatlı və digər orta ixtisas təhsili" sözləri ilə əvəz edilsin.
8. 57-ci maddənin 3-cü bəndində "orta təhsil müəssisələrinin" sözləri "orta ixtisas təhsili müəssisələrinin və digər ali təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin.
XXXIV. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 522, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 16; 2007-ci il, № 10, maddə 938; 2008-ci il, № 5, maddə 341, № 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.5-ci maddədə "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin.
2. 5.4.2-ci maddədə "ixtisasını artırmaqdan" sözləri "əlavə təhsildən" sözləri ilə əvəz edilsin.
3. 7.5-ci maddədə "yenidən hazırlığına, ixtisasının artırılmasına" sözləri "əlavə təhsilə" sözləri ilə əvəz edilsin.
4. 8.2.2-ci maddədə "yenidən hazırlığına və ixtisasının artırılmasına" sözləri "əlavə təhsilə" sözləri ilə əvəz edilsin.
5. 17.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"17.1.3. əlavə təhsil üçün şəraitin yaradılması;".
6. 19-cu maddənin adında ", ixtisasının artırılması və yenidən hazırlanması" sözləri "və əlavə təhsili" sözləri ilə əvəz edilsin.
7. 19.1-ci maddədə ", yenidən hazırlığı və ixtisasının artırılması" sözləri "və əlavə təhsili" sözləri ilə əvəz edilsin.
8. 19.2-ci maddədə "tədris mərkəzlərində" sözləri "təhsil müəssisələrində" sözləri ilə, "tədris müəssisələrində peşə hazırlığı keçir, yenidən hazırlanır, ixtisasını artırırlar" sözləri "təhsil müəssisələrində peşə hazırlığı keçir və əlavə təhsil alırlar" sözləri ilə əvəz edilsin.
9. 21.1.2-ci maddədə və 23-cü maddənin adında ", yenidən hazırlıq və ixtisasartırma dövründə" sözləri "və əlavə təhsil aldığı dövrdə" sözləri ilə əvəz edilsin.
10. 23.1-ci maddədə ", yenidən hazırlıq keçdikləri və ixtisaslarını artırdıqları" sözləri "və əlavə təhsil aldıqları" sözləri ilə əvəz edilsin.
11. 27.4.2-ci maddədə ", yenidən hazırlığı və ixtisasartırma kurslarına cəlb olunduğu" sözləri "və əlavə təhsil müəssisələrində təhsil aldığı" sözləri ilə, "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
12. 27.6.5-ci maddədə "tədrisi" sözü "təhsili" sözü ilə əvəz edilsin.
XXXV. Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 117; 2006-cı il, № 2, maddə 67; 2007-ci il, № 11, maddə 1081; 2008-ci il, № 8, maddə 699; 2009-cu il, № 6, maddə 395; 2010-cu il, № 4, maddə 276) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi"nin 5.2.6-cı maddəsində "ixtisasartırma" sözü "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
XXXVI. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 217; 2003-cü il, № 12, I kitab, maddə 671; 2006-cı il, № 5, maddə 386; 2008-ci il, № 8, maddə 697; 2009-cu il, № 6, maddə 399) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"nin 2.1.7-ci maddəsində ", təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə" sözləri " və əlavə təhsili" sözləri ilə əvəz edilsin.
XXXVII. "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.8-ci maddədə "intellektual potensialının" sözləri "intellektual səviyyəsinin" sözləri ilə, 7.11.1-ci maddədə "intellektual potensialın" sözləri "intellektual səviyyənin" sözləri ilə əvəz edilsin;
2. 7.11.1-ci və 22.2.6-cı maddələrdə "təhsil səviyyəsinin" sözləri "təhsilin keyfiyyət səviyyəsinin" sözləri ilə əvəz edilsin.
XXXVIII. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 8, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4; 2007-ci il, № 4, maddə 321; 2010-cu il, № 7, maddə 596) 12.0.20-ci və 12.0.21-ci maddələrində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
XXXIX. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586; 2007-ci il, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008-ci il, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009-cu il, № 6, maddə 399, № 11, maddə 878; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 273) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.5-ci maddədə "elmlər namizədi" sözləri "fəlsəfə doktoru" sözləri ilə əvəz edilsin.
2. 9.0.4-cü maddədə "ixtisasının artması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
3. 16-cı maddənin adında "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
4. 16.1-ci maddədə və 16.2-ci maddənin ikinci cümləsində ismin müvafiq hallarında "tədris" sözü ismin müvafiq hallarında "təhsil" sözü ilə əvəz edilsin.
5. 16.3-cü maddədə "təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi vaxtı" sözləri "əlavə təhsil aldığı müddət" sözləri ilə əvəz edilsin.
6. 21.2-ci maddənin üçüncü cümləsində "orta və ya orta ixtisas" sözləri "tam orta və ya orta ixtisas" sözləri ilə əvəz edilsin.
7. 33.3-cü maddədə "texniki peşə təhsilli" sözləri "ilk peşə-ixtisas təhsilli" sözləri ilə əvəz edilsin.
8. 34.4-cü maddədə "orta və orta ixtisas" sözləri "tam orta və orta ixtisas" sözləri ilə əvəz edilsin.
9. 35.7-ci maddənin ikinci cümləsində ", ixtisasartırma və yenidən hazırlıq" sözləri "və əlavə təhsil" sözləri ilə əvəz edilsin.
XL. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 655; 2007-ci il, № 6, maddə 595; 2009-cu il, № 12, maddələr 948, 954, 968) 9.0.11-ci maddəsində, 33-cü maddəsinin adında, 33.1-ci, 33.2-ci və 34.2.4-cü maddələrində ismin müvafiq hallarında "ixtisaslarının artırılması" sözləri ismin müvafiq hallarında "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
XLI. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 920) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.2.1-ci və 8.1-ci maddələrdə "peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı" sözləri "peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman" sözləri ilə əvəz edilsin.
2. 13.3-cü maddədə "tədris müəssisələrinə" sözləri "təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin.
3. 14-cü maddənin adında və 14.0-cı maddədə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
XLII. "Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 143) 26.1-ci maddəsində "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
XLIII. "Arıçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 208) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.2.3-cü maddədə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.
2. 27.1-ci maddədə "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
XLIV. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 613; 2010-cu il, № 6, maddə 489) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.0.16-cı maddədə "yenidən hazırlanması və ixtisaslarının artırılmasının təşkili" sözləri "və əlavə təhsilinin təşkili" sözləri ilə əvəz edilsin.
2. 11.1.3-cü maddədə "yenidən hazırlanması, ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
3. 18.0.3-cü maddədə "ixtisaslarının artırılmasını" sözləri "əlavə təhsilini" sözləri ilə əvəz edilsin.
4. 19.3-cü maddədə "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
5. 47-ci maddənin adında "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.
6. 47.1-ci maddədə "ixtisaslarının artırılmasına" sözləri "əlavə təhsilinə" sözləri ilə əvəz edilsin.
7. 47.2-ci maddədə "ixtisaslarının artırılması təhsil müəssisələri ilə bağlanılan müqavilələr əsasında" sözləri "əlavə təhsili təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq" sözləri ilə əvəz edilsin.

{nl}


İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında