"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "İnsanın immunçatışmazlığ

"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə

{nl}

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378; № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275) 45-ci maddəsinin dördüncü hissəsində "HİV-lə yoluxmuş yetkinlik yaşına çatmayanların valideynlərindən birinə, yaxud onların qanuni nümayəndəsinə yoluxmuş şəxsə" sözləri "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan yetkinlik yaşına çatmayanların valideynlərindən birinin və ya digər qanuni nümayəndəsinin həmin şəxsə" sözləri ilə əvəz edilsin.
II. "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AIDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 383; 2005-ci il, № 8, maddə 692; 2008-ci il, № 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. Qanunun adında və 1-ci bəndində "(AIDS) tutulma" sözləri "yoluxma" sözü ilə əvəz edilsin.
2. preambuladan "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq" sözləri çıxarılsın.
3. həmin Qanunla təsdiq edilmiş "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AIDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu yaxud ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında Əsasnamə" üzrə:
3.1. Əsasnamənin adında "(AIDS) tutulma" sözləri "yoluxma" sözü ilə əvəz edilsin;
3.2. I bölmənin 1-ci bəndində "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq tərtib edilmiş bu" sözləri "Bu" sözü ilə, "virusu (HIV) ilə" sözləri "virusuna (İİV-ə)" sözləri ilə əvəz edilsin;
3.3. II bölmənin ikinci abzasında "AIDS xəstəliyinə tutulması" sözləri "İİV-ə yoluxması" sözləri ilə əvəz edilsin;
3.4. III bölmədə:
3.4.1. 1-ci bəndin ikinci abzasında "AIDS xəstəliyinə tutulduqda - milyon" sözləri "İİV-ə yoluxduqda - 1000" sözləri ilə, üçüncü abzasında "10 milyon"sözləri "2000" rəqəmi ilə, dördüncü abzasında "20 milyon" sözləri "4000" rəqəmi ilə əvəz edilsin;
3.4.2. 2-ci bənddə "AIDS xəstəliyi" sözləri "İİV-in törətdiyi xəstəlik" sözləri ilə əvəz edilsin;
3.5. IV bölmədə:
3.5.1. bölmənin adında "məbləğinin ödənilməsi" sözləri və 1-ci bəndin birinci abzasında "məbləği" sözü "ödənişi" sözü ilə əvəz edilsin;
3.5.2. 1-ci bəndin ikinci abzasında "AIDS xəstəliyinə tutulduqda - 5 milyon" sözləri "İİV-ə yoluxduqda - 1000" sözləri ilə, üçüncü abzasında "10 milyon" sözləri "2000" rəqəmi ilə, dördüncü abzasında "20 milyon" sözləri "4000" rəqəmi ilə əvəz edilsin;
3.5.3. 2-ci bənddə "AIDS xəstəliyinə tutulması," sözləri "İİV-ə yoluxması, bununla əlaqədar" sözləri ilə, "məbləğləri" sözü "ödənişləri" sözü ilə əvəz edilsin;
3.5.4. 3-cü bənddə "HIV-lə" sözü "İİV-ə" sözü ilə, hər iki halda "məbləği" sözü "ödənişi" sözü ilə əvəz edilsin;
3.6. V bölmədə:
3.6.1. bölmənin adında "HIV-lə" sözü "İİV-ə" sözü ilə, "məbləğinin" sözü "ödənişinin" sözü ilə əvəz edilsin;
3.6.2. 1-ci bənddə "AIDS xəstəliyinə tutulması" sözləri "İİV-ə yoluxması" sözləri ilə əvəz edilsin;
3.6.3. 2-ci bənddə "AIDS xəstəliyinə tutulanlara" sözləri "İİV-ə yoluxmuş işçilərə" sözləri ilə, "AIDS xəstəliyi" sözləri "İİV-in törətdiyi xəstəlik" sözləri ilə, "məbləğinin" sözü "ödənişinin" sözü ilə əvəz edilsin;
3.6.4. 3-cü bəndin birinci abzasında "məbləğinin" sözü "ödənişinin" sözü ilə əvəz edilsin;
3.7. VI bölmədə "HIV-lə" sözü "İİV-ə" sözü ilə əvəz edilsin.
III. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008-ci il, № 7, maddə 602; 2009-cu il, № 2, maddə 46, № 12, maddə 949; Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1114-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 10-cu maddəyə aşağıdakı məzmunda onuncu hissə əlavə edilsin: "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.".
2. 35-ci maddənin birinci hissəsində "vətəndaşlara" sözündən sonra ", qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla," sözləri əlavə edilsin.
IV. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008-ci il, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009-cu il, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010-cu il, № 2, maddələr 70, 75, № 4, maddə 275) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 16-cı maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.".
2. 48-ci maddənin beşinci hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: "Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.".
3. 54-cü maddənin birinci hissəsinin on birinci abzası on ikinci abzas hesab edilsin və hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin: "insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması;".
4. 62-ci maddənin birinci hissəsinin "c" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda "ç" bəndi əlavə edilsin:
"ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.".
5. 130-cu maddənin birinci hissəsinin "ə" bəndində "qazanılmış immunçatışmazlığı sindromu (AIDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş" sözləri "insanın immunçatışmazlığı virusu ilə yaşayan" sözləri ilə əvəz edilsin.
V. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010-cu il, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600; Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1076-IIIQD, 1078-IIIQD, 1080-IIIQD nömrəli, 22 oktyabr tarixli 1097-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. Məcəlləyə aşağıdakı məzmunda 49-2-ci, 49-3-cü, 66-1-ci və 53.11-ci maddələr əlavə edilsin:
Maddə 49-2. İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə təhsil hüququnun pozulması
İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılması, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunması və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulması, eləcə də təhsil müəssisəsindən xaric edilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
Maddə 49-3. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsi
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
Maddə 66-1. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması
Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə-
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.
53.11. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina edilməsinə və ya həmin səbəbdən onların işdən azad edilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.".
2. 61-ci və 62-ci maddələrin adlarında və dispozisiyalarında, 63-cü maddənin adında və 63.2-ci maddənin dispozisiyasında ikinci halda "HİV-lə" sözü "insanın immunçatışmazlığı virusuna" sözləri ilə, 63.2-ci maddənin dispozisiyasında birinci halda "HİV-lə" sözü "İnsanın immunçatışmazlığı virusuna" sözləri ilə əvəz edilsin.
VI. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591) 93.2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Cəzaçəkmə müəssisələrində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası məqsədi ilə insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.".
VII. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 583; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 469; 2006-cı il, № 11, maddə 932, № 12, maddə 1005; 2007-ci il, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009-cu il, № 6, maddə 394; 2010-cu il, № 7, maddə 600) 32.0.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Qanuna aşağıdakı məzmunda 32.0.10-cu maddə əlavə edilsin:
"32.0.10. dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir.".
VIII. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 417; 2004-cü il, № 10, maddə 781; 2007-ci il, № 6, maddə 561) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 5-ci maddənin adında "anaların" sözündən sonra ", insanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş körpələrin" sözləri əlavə edilsin.
2. Qanuna aşağıdakı məzmunda 5.3-cü maddə əlavə edilsin:
"5.3. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş körpələr qida məhsulları ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada pulsuz təmin olunurlar.".
3. 11.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Qanuna aşağıdakı məzmunda 11.2.7-ci maddə əlavə edilsin:
"11.2.7. insanın immunçatışmazlığı virusu ilə yaşayan hamilə qadınları yeni doğulmuş uşaqları ana südünün əvəzediciləri ilə qidalandırmanın zəruriliyi barədə elmi cəhətdən təsdiq olunmuş məlumatlarla təmin etmək.".
IX. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 888; 2006-cı il, № 3, maddə 224, № 12, maddə 1005; 2007-ci il, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009-cu il, № 10, maddə 772) aşağıdakı məzmunda 13.10-cu maddə əlavə edilsin:
"13.10. İctimai yayımçı insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir.".
X. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 9, maddə 684) aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:
"11.3. Təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.".
XI. "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 94, № 5, maddə 382; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 6, maddə 328; 2005-ci il, № 12, maddə 1093; 2008-ci il, № 7, maddə 602) qüvvədən düşmüş hesab edilsin.

{nl}


İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında