"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586; 2007-ci il, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008-ci il, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009-cu il, № 6, maddə 399, № 11, maddə 878; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 273) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 2.1-ci maddədə "Məhkəmə qərarlarının icrası haqqında", "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" sözləri "İcra haqqında", "İcra məmurları haqqında" sözləri ilə əvəz edilsin;
2. 23.7-ci maddədə "məhkəmə icraçılarına" sözləri "icra məmurlarına" sözləri ilə əvəz edilsin;
3. 26.1-ci maddədə:
3.1. "xidmətlərində" sözündən sonra ",regional ədliyyə şöbələrində" sözləri əlavə edilsin;
3.2. "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları" sözləri "icra məmurları" sözləri ilə əvəz edilsin.

{nl}


İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında