“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2017-ci il 
20 oktyabr tarixli   Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində qızılı burulmuş qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində yerləşən səkkizguşəli ulduzun daxilində təyyarə və qlobusdan ibarət kompozisiya təsvir olunur. Ulduzun ətrafında qövs boyunca “Azərbaycan Respublikası” sözləri həkk edilir.

2.2. Dekorativ cilalama, səkkizguşəli ulduz, dairənin daxilində qeyd olunan sözlər qızıl suyuna, dairə, qlobus və təyyarə isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində qızılı burulmuş qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində “Mülki aviasiya sahəsində xidmətlərə görə” sözləri həkk edilir.

3.2. Dekorativ cilalama və sözlər qızıl suyuna, dairə isə gümüş suyuna çəkilir. Dekorativ cilalama və dairədə olan yazılar qabarıqdır.

3.3. Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri

4.1. Medal 42 mm x 60 mm ölçülü beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli eyni ölçülü zolaqlara bölünmüş xara lentdən üz çəkilir.

4.2. Lövhənin ön tərəfinin yuxarı hissəsinə eni 5 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfinin yuxarı hissəsində geyimin yaxasına bərkidilmək üçün element vardır.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 42 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında