Bəzi normativ aktlarda əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi qayda və təlimatların yenidən qəbul edilməsinə, bəzilərində isə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Aşağıda göstərilən normativ xarakterli aktlarda müvafiq əlavə və dəyişikliklər edilsin:
"Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında Əsasnamə"nin 3.1-ci bəndin sonuna mötərizədə "Komissiyanın adından çıxış edir, müqavilələr bağlayır və s." ifadəsi əlavə edilsin.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşların öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələri qaydası haqqında Təlimat
- Təlimatın adında aşağıdakı məzmunda dəyişiklik edilsin: "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat"
- Təlimatın 1-ci bəndindəki "53-cü" rəqəmindən sonra gələn "və" bağlayıcısı "vergül" işarəsi ilə əvəz olunmaqla, "maddələri ilə" sözündən sonra "və bu Təlimatla" söz birləşməsi əlavə edilsin
- Təlimatın 1.2-ci bəndinə aşağıdakı məzmunda dəyişiklik edilsin: "Deputatlığa namizədlər passiv seçki hüququna malik olan və Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin tələblərinə cavab verən vətəndaşların özləri, seçicilərin təşəbbüs qrupları, habelə siyasi partiyalar, siyasi partiyalar blokları tərəfindən irəli sürülə bilərlər"
- Təlimatın 3.5-ci və 4.4-cü bəndlərinin 2-ci abzaslarında olan mötərizədəki "Mərkəzi Seçki Komissiyasının 2 iyul 2004-cü il tarixli 07/52 saylı Qərarı ilə təsdiq edilmiş formada" ifadəsi çıxarılsın
- Təlimatın 3.3-cü və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin: "Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (Təlimata 2 saylı əlavə) (ərizədə deputatlığa namizədliyi irəli sürülmüş şəxsin, soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir);"
- Təlimatın 4.4-cü bəndindən sonrakı 2-ci abzasın 2-ci sətrində "yazılı arayış" söz birləşməsindən sonra gələn "səlahiyyətli nümayəndəyə" söz birləşməsi "həmin sənədləri təqdim edən namizədə və ya onun səlahiyyətli nümayəndəsinə" ifadəsi ilə əvəz edilsin
- Təlimatın 4-cü bəndində "vətəndaş" sözündən sonra mötərizədə "və ya onun səlahiyyətli nümayəndəsi" ifadəsi əlavə edilərək, həmin bənd ona aid olan digər hissələr müvafiq qaydada sıralanmaqla 2-ci bənd hesab edilsin
- Təlimatın 1.3-cü bəndinin 1-ci cümləsi çıxarılaraq, Təlimatın həmin bəndindən əvvəl 3-cü bənd hesab edilməklə "Seçicilərin təşəbbüs qrupunun yaradılması və deputatlığa namizədliyin irəli sürülməsi" yarımbaşlığı əlavə edilsin. 1.3-cü və 2-ci bəndlər müvafiq qaydada sıralanmaqla həmin yarımbaşlığa aid edilsin
- Təlimatın 3-cü bəndi aşağıdakı redaksiyada verilməklə, ona aid olan digər hissələr müvafiq qaydada sıralanmaqla 3.4-cü bənd hesab edilsin: "Deputatlığa namizədin irəli sürülməsinin təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır"
- Təlimata əlavələrə müvafiq dəyişikliklər edilərək namizədliyin irəli sürülməsi ardıcıllığına uyğun olaraq aşağıdakı kimi sıralansın:
- deputatlığa namizədliyin irəli sürülməsinə dair bildiriş (1 saylı əlavə);
- təşəbbüs qrupu tərəfindən namizədliyin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş ( 6 saylı əlavə);
- namizədin öhdəlik ərizəsi ( 2 saylı əlavə);
- səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (3 saylı əlavə);
- sənədlərin alınması barədə yazılı arayış (4 saylı əlavə);
- təşəbbüs qrupunun yığıncağının protokolu (5 saylı əlavə).
Siyasi partiyalar blokunun qeydə alınması, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydası haqqında Təlimat
- Təlimatın adı aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"
- Təlimatın birinci bəndi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə siyasi partiya və siyasi partiyaların blokları tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 54-cü, 146-cı maddələri ilə və bu Təlimatla tənzimlənir".
- Təlimatın ikinci bəndinin beşinci abzasının üçüncü yarımabzasına aşağıdakı məzmunda cümlə əlavə edilsin: "Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Təlimata 1a saylı əlavə)".
- Təlimatın ikinci bəndinin beşinci abzasının dördüncü yarımabzası aşağıdakı redaksiyada verilsin: "Deputatlığa namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halına (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (fəaliyyət növü)), məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatları əks etdirən, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə)".
- Təlimatın ikinci bəndinin beşinci abzasının altıncı yarımabzası aşağıdakı redaksiyada verilsin: "Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri (Təlimata 6 saylı əlavə)".
- Təlimatın ikinci bəndinin yeddinci abzasının sonuna aşağıdakı cümlə qeyd kimi əlavə edilsin: "Qeyd: siyasi partiyaların qərarı ilə təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin vəkalətnamələri də Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və bu Təlimata 6a saylı əlavədə göstərilən formada rəsmiləşdirilir".
- Təlimatın ikinci bəndinin səkkizinci abzasının ikinci yarımabzasına aşağıdakı cümlə əlavə edilsin: "Hər bir namizədin irəli sürülməsinə dair ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Təlimata 1a saylı əlavə)".
- Təlimatın ikinci bəndinin səkkizinci abzasının üçüncü yarımabzası aşağıdakı redaksiyada verilsin: "Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri (Təlimata 6b və 6ç saylı əlavələri)".
- Təlimatın ikinci bəndinin səkkizinci abzasının beşinci yarımabzası aşağıdakı redaksiyada verilsin: "Deputatlığa namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halına (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (fəaliyyət növü)), məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatları əks etdirən, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə)".
- Təlimatın ikinci bəndinin doqquzuncu abzasından sonra aşağıdakı məzmunda qeyd əlavə edilsin: "Qeyd: Mərkəzi Seçki Komissiyasında qeydə alındıqları zaman, habelə qeydə alındıqdan sonra səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilibsə, siyasi partiyalar bloku da bu Təlimatın 3.3.1-3.3.4-cü bəndlərində nəzərdə tutulan sənədləri təqdim etməlidir. Siyasi partiya bloklarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin vəkalətnamələri bu Təlimatın 6c və 6d saylı əlavələrində göstərilən formalarda rəsmiləşdirilir".
- Təlimatın ikinci bəndinin əvvəlinə aşağıdakı məzmunda yeni yarımbaşlıq daxil edilsin: "Siyasi partiyalar, siyasi partiya blokları tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi qaydaları".
- Təlimatın ikinci bəndinin beşinci abzasına qədər olan abzasları həmin yarımbaşlığa aid edilərək, müvafiq qaydada ardıcıl sıralansın.
- Təlimatın ikinci bəndinin beşinci abzasının əvvəlinə aşağıdakı məzmunda yeni yarımbaşlıq daxil edilsin: "Deputatlığa namizədlərin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiyaların təqdim etməli olduqları sənədlər".
- Təlimatın ikinci bəndinin beşinci, altıncı və yeddinci abzasları həmin yarımbaşlığa aid edilərək, müvafiq qaydada ardıcıl sıralansın.
- Təlimatın ikinci bəndinin səkkizinci abzasının əvvəlinə aşağıdakı məzmunda yeni yarımbaşlıq daxil edilsin: "Deputatlığa namizədlərin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiya bloklarının təqdim etməli olduqları sənədlər".
- Təlimatın ikinci bəndinin səkkizinci və doqquzuncu abzasları həmin yarımbaşlığa aid edilərək müvafiq qaydada ardıcıl sıralansın.
- Təlimatın 1 və 7 saylı əlavələri yeni redaksiyada verilsin.
- Təlimatın 2 və 3 saylı əlavələri sıra sayları saxlanılmaqla "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli Təlimatının 2 və 2a saylı əlavələri ilə əvəz edilsin.
- Təlimatın 4 və 5 saylı əlavələri sıra sayları saxlanılmaqla "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli Təlimatının 1 və 1a saylı əlavələri ilə əvəz edilsin.
- Təlimatın 6 və 6"A" saylı əlavələri sıra sayları saxlanılmaqla "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli Təlimatının 3c və 3ç saylı əlavələri ilə əvəz edilsin.
- Təlimata "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli Təlimatının 3d, 3e, 3ə və 3f saylı əlavələri müvafiq olaraq 6b, 6c, 6ç və 6d saylı əlavələr kimi daxil edilsin.
- Təlimata müvafiq 1a saylı əlavə daxil edilsin.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları
- Qaydaların üçüncü abzasında "hazırlanmışdır" sözündən sonra mötərizədə "Qaydalara 2 və 2a saylı əlavələr" ifadəsi əlavə edilsin
- Qaydaların dördüncü abzasında mötərizədəki "Qaydalara" sözündən sonra "1 saylı" sözləri əlavə edilsin
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat
- Təlimatın birinci abzasının sonunda "58-ci" rəqəmindən sonra gələn "və" bağlayıcısı "vergül" işarəsi ilə əvəz olunsun, "maddələri ilə" sözündən sonra isə "və bu Təlimatla" sözləri əlavə edilsin
- Təlimatın 1.7-ci bəndi aşağıdakı redaksiyada verilsin: "Deputatlığa namizədin müdafiəsi üçün imza edən seçicilərin şəxsiyyətini təsdiqləyən sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmişdir"
- Təlimatın 2.1-ci bəndində "105" rəqəmi "65" rəqəmi ilə, "70" rəqəmi isə "40" rəqəmi ilə əvəz edilsin
- Təlimatın 2.2-ci bəndi çıxarılsın
- əlavə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat
- Təlimatın 2-ci maddəsindəki "ən geci 90" sözləri "azı 45" sözləri ilə əvəz edilsin.
- Təlimatın 4-cü maddəsindəki "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılmasının və aparılmasının ucotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında" Təlimatla" sözləri "və müvafiq normativ aktlarla " sözləri ilə əvəz edilsin.
- Təlimatın 9-cu maddəsindəki "73.3" rəqəmi " 73-1.3" rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.{nl}

Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Rövşən İsmayılov, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında