10
|
56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilsin.
|
lehinə
|
Üç milyon iki yüz dörd min yeddi yüz otuz doqquz
|
3 204 739
|
87.29
|
əleyhinə
|
İki yüz yetmiş bir min
qırx səkkiz
|
271 048
|
7.38
|
etibarsız
|
Bir yüz doxsan beş min
dörd yüz səksən yeddi
|
195 487
|
5.33
|
11
|
57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.”.
|
lehinə
|
Üç milyon iki yüz üç min üç yüz iyirmi doqquz
|
3 203 329
|
87.25
|
əleyhinə
|
İki yüz yetmiş min
üç yüz bir
|
270 301
|
7.36
|
etibarsız
|
Bir yüz doxsan yeddi min
altı yüz qırx dörd
|
197 644
|
5.39
|
12
|
58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.
|
lehinə
|
Üç milyon iki yüz yeddi min dörd yüz altı
|
3 207 406
|
87.36
|
əleyhinə
|
İki yüz altmış doqquz min
beş yüz qırx bir
|
269 541
|
7.34
|
etibarsız
|
Bir yüz doxsan dörd min üç yüz iyirmi yeddi
|
194 327
|
5.30
|
13
|
59-cu maddədə:
13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən “qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın;
13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.”.
|
lehinə
|
Üç milyon bir yüz altmış bir min altı yüz qırx dörd
|
3 161 644
|
86.12
|
əleyhinə
|
İki yüz səksən səkkiz min yeddi yüz otuz beş
|
288 735
|
7.86
|
etibarsız
|
İki yüz iyirmi min səkkiz
yüz doxsan beş
|
220 895
|
6.02
|
14
|
60-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.
|
lehinə
|
Üç milyon altmış beş min səkkiz yüz qırx
|
3 065 840
|
83.51
|
əleyhinə
|
Üç yüz qırx beş min
altı yüz səkkiz
|
345 608
|
9.41
|
etibarsız
|
İki yüz əlli doqquz min səkkiz yüz iyirmi altı
|
259 826
|
7.08
|
15
|
68-ci maddədə:
15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;
15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;
15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:
“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;
“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”.
|
lehinə
|
Üç milyon əlli altı min
altı yüz on doqquz
|
3 056 619
|
83.26
|
əleyhinə
|
Üç yüz əlli min dörd yüz
iyirmi altı
|
350 426
|
9.55
|
etibarsız
|
İki yüz altmış dörd min
iki yüz iyirmi doqquz
|
264 229
|
7.19
|
16
|
71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”.
|
lehinə
|
Üç milyon iki yüz üç min səkkiz yüz əlli yeddi
|
3 203 857
|
87.27
|
əleyhinə
|
İki yüz altmış doqquz min
altı yüz otuz
|
269 630
|
7.34
|
etibarsız
|
Bir yüz doxsan yeddi min yeddi yüz səksən yeddi
|
197 787
|
5.39
|
17
|
85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.
|
lehinə
|
Üç milyon iki yüz otuz səkkiz min altı yüz doqquz
|
3 238 609
|
88.21
|
əleyhinə
|
İki yüz qırx səkkiz min
səkkiz yüz altmış dörd
|
248 864
|
6.78
|
etibarsız
|
Bir yüz səksən üç min
səkkiz yüz bir
|
183 801
|
5.01
|
18
|
89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:
“6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.
|
lehinə
|
Üç milyon iki yüz min
beş yüz səkkiz
|
3 200 508
|
87.18
|
əleyhinə
|
İki yüz altmış doqquz min yeddi yüz yetmiş yeddi
|
269 777
|
7.35
|
etibarsız
|
İki yüz min doqquz yüz səksən doqquz
|
200 989
|
5.47
|
19
|
Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:
“Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.
II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.
|
lehinə
|
Üç milyon iki yüz altı min yeddi yüz səksən iki
|
3 206 782
|
87.35
|
əleyhinə
|
İki yüz altmış səkkiz min
səksən altı
|
268 086
|
7.30
|
etibarsız
|
Bir yüz doxsan altı min
dörd yüz altı
|
196 406
|
5.35
|