Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin gəlirləri 1 970 540 000,0 manat, xərcləri 1 970 540 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Müəyyən edilsin ki, 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:{nl}

Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: 1 277 040 000,0
1.1. Büdcədən maliyyələşən təşkilatlar üzrə 496 300 000,0
1.2. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 67 700 000,0
1.3. Büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar 7 500 000,0
1.4. Digər sığortaedənlər o cümlədən: 705 540 000,0
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 32 400 000,0
2. Sair gəlirlər, cəmi o cümlədən: 2 500 000,0
Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 1 500 000,0
3. Dövlət büdcəsindən ayırmalar (transfert) 691 000 000,0

{nl}

Maddə 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər, cəmi o cümlədən: 1 916 980 000,0
1.1. Əmək pensiyalarının ödənilməsinə, cəmi o cümlədən: 1 852 430 000,0
Əmək pensiyalarının baza hissəsinə 1 317 130 000,0
Əmək pensiyalarının sığorta hissəsinə 535 300 000,0
1.2. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi ondan: 64 550 000,0
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 200 000,0
Hamiləliyə və doğuşa görə 21 350 000,0
Uşağın anadan olmasına görə 2 250 000,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 5 000 000,0
Dəfn üçün 10 400 000,0
İşsizliyə görə 4 350 000, 0
2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 16 500 000,0
3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi o cümlədən: 13 790 000,0
3.1. Sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına 10 980 000,0
3.2. Sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 130 000,0
3.3. Sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına 110 000,0
3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus İdman qurğularının qismən saxlanılmasına (İşçilərin əməkhaqqının ödənilməsi) 1 680 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına 890 000,0
4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 21 000 000,0
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi o cümlədən: 40 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 14 000,0
5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 26 000,0
6. Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclər 400 000,0
7. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin İnkişafına dair Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər 1 430 000,0
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 449s nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi ("Sosial Müdafiənin İnkişafı Layihəsi")" üzrə xərclərin maliyyələşdirilməsi 400 000,0
Maddə 4. Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Maddə 7. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında