"Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
"Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya qızılı, lent, palıd yarpaqlarından çələng və sözlər relyefli və gümüşü rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və sözlər relyefli və gümüşü rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 3 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında