"Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
1. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.
2. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır:
2.1. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı - Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə;
2.2. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı - Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə;
2.3. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı - Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir.
3. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ən yüksək dərəcəlidir.
4. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
5. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında