"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

{nl}

1. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər:
1.1. Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətdə xüsusi fərqlənməyə və səmərəli fəaliyyətə görə;
1.2. Əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasında və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştiraka görə;
1.3. Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının inkişafında göstərdiyi xüsusi xidmətlərə görə.
2. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır:
2.1. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 20 il xidmət edən şəxslərə;
2.2. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 15 il xidmət edən şəxslərə;
2.3. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 10 il xidmət edən şəxslərə verilir.
3. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ən yüksək dərəcəlidir.
4. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
5. "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında