Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
|
Gəlirlərin mənbələri
|
Məbləğ (manatla)
|
1.
|
Məcburi dövlət sosial sığorta haqları, cəmi
o cümlədən:
|
1 972 200 100,0
|
1.1.
|
büdcədən maliyyələşən təşkilatlar üzrə
|
605 000 000,0
|
1.2.
|
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər
üzrə
|
82 500 000,0
|
1.3.
|
büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar
|
12 500 000,0
|
1.4.
|
digər sığortaedənlər
o cümlədən:
|
1 272 200 100,0
|
|
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
üzrə
|
53 540 100,0
|
2.
|
Sair gəlirlər, cəmi
o cümlədən:
|
6 370 000,0
|
|
sanatoriya-kurort yollayışlarının qismən dəyəri
üzrə daxilolmalar
|
1 736 400,0
|
3.
|
Dövlət büdcəsindən ayırmalar (transfert)
|
1 100 000 000,0
|
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
|
Xərclərin istiqamətləri
|
Məbləğ (manatla)
|
1.
|
Əhaliyə ödənişlər, cəmi
o cümlədən:
|
3 011 145 000,0
|
1.1.
|
əmək pensiyalarının ödənilməsinə, cəmi
|
2 923 588 000,0
|
1.2.
|
məcburi dövlət sosial sığorta haqları hesabına
müavinətlərə, cəmi
ondan:
|
87 557 000,0
|
|
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
|
21 723 100,0
|
|
hamiləliyə və doğuşa görə
|
27 144 100,0
|
|
uşağın anadan olmasına görə
|
7 070 300,0
|
|
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar
|
9 757 300,0
|
|
dəfn üçün
|
15 594 100,0
|
|
işsizliyə görə
|
6 268 000,0
|
2.
|
Pensiya və müavinətlərin əhaliyə çatdırılması,
bank əməliyyatlarının aparılması üzrə xidmət
haqqı xərcləri
|
20 015 100,0
|
3.
|
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və
sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi
üzrə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər, cəmi
o cümlədən:
|
19 120 000,0
|
3.1.
|
sanatoriya-kurort müalicəsi və istirahət üçün
yollayışların alınmasına
|
14 880 000,0
|
3.2.
|
sığortaolunanların uşaqlarının sağlamlıq
düşərgələrində istirahətinin təşkilinə
|
320 000,0
|
3.3.
|
sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb
xidməti və ştatların saxlanılmasına
|
200 000,0
|
3.4.
|
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının idman cəmiyyətlərinə məxsus
idman qurğularının qismən saxlanılmasına
(işçilərin əməkhaqqının ödənilməsi)
|
2 460 000,0
|
3.5.
|
Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi
müfəttişliyinin, etimadlı həkimlərin,
sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların
saxlanılmasına
|
1 260 000,0
|
4.
|
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi
aparatının və onun yerli orqanlarının saxlanılması
xərcləri
|
27 000 000,0
|
5.
|
Beynəlxalq təşkilatlara üzvlük haqlarının
ödənilməsi xərcləri, cəmi
o cümlədən:
|
40 000,0
|
5.1.
|
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük
haqqının ödənilməsi xərcləri
|
14 000,0
|
5.2.
|
MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına
üzvlük haqqının ödənilməsi xərcləri
|
26 000,0
|
6.
|
Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri
|
1 250 000,0
|
Maddə 4. Borcların ödənişi
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Qalıqlardan istifadə
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Maddə 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.