Qərarlar

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 35 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqov Yadigar Sadıq oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən ona gəlirləri haqqında arayışın verilməsindən imtina edilməsini bildirib, bununla əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 5 oktyabr 2010-cu il tarixdə deputatlığa namizəd Sadıqov Yadigar Sadıq oğlunun tələb etdiyi arayış Lənkəran Dövlət Universiteti tərəfindən ona təqdim edilmişdir. Bu fakt 73 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyası sədrinin arayışı və şikayətçinin Mərkəzi Seçki Komissiyasına ünvanladığı teleqramla təsdiq olunur.
Müraciətdə göstərilən mübahisə predmeti aradan qalxdığına görə onun baxılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqov Yadigar Sadıq oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 35 saylı müraciətinin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 38 saylı və 6 oktyabr 2010-cu il tarixli 53 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səxavət Soltanov 2010-cu il oktyabrın 5-də və 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək imzatoplama kampaniyası zamanı 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin dairə seçki komissiyası tərəfindən ona verilmiş 10 ədəd imza vərəqəsini doldurduqdan sonra, əlavə imza vərəqələrinə ehtiyac yarandığından dairə seçki komissiyasına əlavə imza vərəqələrinin verilməsi üçün bir daha müraciət etdiyini, lakin müvafiq seçki komissiyasının əlavə imza vərəqələrinin verilməsindən imtina etməklə qanunsuz hərəkətsizlik etdiyini bildirib, bununla əlaqədar qanunla nəzərdə tutulan tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 7 oktyabr 2010-cu il tarixdə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin dairə seçki komissiyası tərəfindən ərizəçiyə əvvəl onunla qarşılıqlı razılığa əsasən verilmiş 10 ədəd imza vərəqəsindən əlavə olaraq istədiyi sayda imza vərəqələri təqdim edilmişdir. Bu fakt müvafiq dairə seçki komissiyası sədrinin və deputatlığa namizədin imzaladıqları 7 oktyabr 2010-cu il tarixli Aktla təsdiq olunur.
Müraciətlərdə göstərilən mübahisə predmeti aradan qalxdığına görə onların baxılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Səxavət Soltanovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 38 saylı və 6 oktyabr 2010-cu il tarixli 53 saylı müraciətlərinin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2010-cu il tarixli 54 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehdili Mərdan Mehdi oğlu 2010-cu il oktyabrın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək payçısı oduğu "Siyəzən Broyler" Səhmdar Cəmiyyətinə gəlirləri haqqında arayışın alınması üçün müraciət etdiyini, lakin həmin müəssisə rəhbərliyinin belə bir arayışın verilməsindən imtina etməklə qanunsuz hərəkətsizlik etdiyini bildirib, bununla əlaqədar qanunla nəzərdə tutulan tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin dairə seçki komissiyası özünün 7 oktyabr 2010-cu il tarixli 96 saylı məktubu ilə "Siyəzən Broyler" Səhmdar Cəmiyyətinə yazılı müraciət edərək deputatlığa namizəd Mehdili Mərdan Mehdi oğlunun gəlirləri barədə arayışın həmin dairə seçki komissiyasına təqdim olunmasını xahiş etmişdir. Beləliklə də, müvafiq dairə seçki komissiyası, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq arayışı təqdim etməli olan namizədə yardım göstərərək şikayətçinin etməli olduğu hərəkəti etməklə, mübahisəni aradan qaldırıb onun tələbini təmin etmişdir.
Müraciətdə göstərilən mübahisə predmeti aradan qalxdığına görə onun baxılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Mehdili Mərdan Mehdi oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2010-cu il tarixli 54 saylı müraciətinin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 30 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyini 86 saylı İsmayıllı seçki dairəsindən irəli sürmüş Sahilov Pərviz Sabir oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, İsmayıllı rayonu Mollaisaqlı kəndində onun xeyrinə imza toplanma prosesinə qanunsuz maneələrin olması ilə əlaqədar 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyası sədrinə müraciət etsə də, həmin komissiya sədrinin qanunla müəyyən olunmuş hərəkətləri etmədiyinə görə qanunsuz hərəkətsizliyə yol verdiyini bildirib, bununla əlaqədar qanunla nəzərdə tutulan tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Sahilov Pərviz Sabir oğlu 28 sentyabr 2010-cu il tarixdə 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasına müraciət edərək Mollaisaqlı kəndində onun xeyrinə imza toplayan şəxsə qarşı kənd icra nümayəndəsinin irad tutmasını bildirib müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsi və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimata" uyğun qaydada qeydə alındıqdan sonra müvafiq dairə seçki komissiyasının ekspert qrupunun üzvü tərəfindən araşdırma aparılmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə aparılan araşdırma nəticəsində deputatlığa namizəd P. Sahilovun iddialarının əsassız olması ilə əlaqədar müvafiq dairə seçki komissiyası tərəfindən qərar qəbul olunmuşdur.
Beləliklə də, 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyi ilə bağlı irəli sürülmüş iddialar öz təsdiqini tapmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Sahilov Pərviz Sabir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 30 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 50 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 59 saylı Salyan seçki dairəsindən namizədliyini irəli sürmüş Vasif Mövsümov 2010-cu il oktyabrın 6-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində həmin dairədən deputatlığa namizəd Əliağa Hüseynovun 1 oktyabr 2010-cu il tarixdə "Yeni Müsavat" qəzetinə və "Azadlıq" radiosuna verdiyi müsahibələrdə vaxtından əvvəl seçkiqabağı təşviqatla başladığını, bunula da Seçki Məcəlləsinin tələblərini pozduğunu bildirmiş və müsahibələrin araşdırılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 59 saylı Salyan seçki dairəsindən namizədliyini irəli sürmüş Vasif Mövsümovun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 06 oktyabr 2010-cu il tarixli 50 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 59 saylı Salyan seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23, 25, 27, 28, 29, 33 və 36 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 23, 25, 27, 28, 29, 33 və 36 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatətlər qaldırılmışdır.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 9.6-cı bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23, 25, 27, 28, 29, 33 və 36 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 46 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
"AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiya tərəfindən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elçin Rüstəmovun imzatoplama kampaniyasına yerli icra orqanlarının və bələdiyyələrin nümayəndələri tərəfindən müxtəlif maneələrin törədildiyini iddia edərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1-ci maddəsinə əsasən seçki dairəsi ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 46 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

"AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
7 noyabr 2010-cu il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası tərəfindən yaradılmış "AXCP-Müsavat" siyasi partiyalar bloku səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Əliyeva İradə Nəriman qızının "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

Demokratik Azərbaycan Dünyası Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
7 noyabr 2010-cu il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Demokratik Azərbaycan Dünyası Partiyası vəkil edilmiş şəxsləri təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Demokratik Azərbaycan Dünyası Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
Qurbanov Əsədulla Cücü oğlu
Bəndəliyeva Aidə Allahverdi qızı;
Məmmədov Məmməd Hüseyn oğlu;
Məmmədov Mirzəağa Həsənalı oğlu;
Məmmədov Həsənəli Ağcabəy oğlu;
Əzimova İntizar Əli qızı;
Qafarov Bəybala Manaf oğlu;
Nuriyev Cümşüd Qurban oğlu;
Əliquliyeva Dilarə Həbib qızı:
Oleynik Yuriy İvanoviç;
Heydərov Nemət Qurban oğlu;
Şalbarov Temirxan Xasanbəyoviç;
Quliyev Taryel İbət oğlu;
Xurşudov Seyran Qüdrət oğlu;
Əliyev Ətraf Qədir oğlu;
Məmmədov Taleh Valeh oğlu;
Bagıyev Gülbala Süleyman oğlu;
İrzaquliyev Cəmşid İsmayıl oğlu;
Məmmədov Pərviz Əhməd oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında