2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 sentyabr 2010-cu il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respubli

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 39 saylı Kəpəz I (Gəncə) seçki dairəsi üzrə AXCP-Müsavat bloku tərəfindən irəli sürülmüş Pərviz Həşimov 2010-cu il sentyabrın 28-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkiqabağı təşviqatın başlanmasına xeyli vaxt qalmasına baxmayaraq, həmin dairə üzrə deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş Gəncə Avtomobil zavodunun direktoru Xanlar Fətiyevin vaxtından əvvəl seçkiqabağı təşviqat apardığını iddia edərək, onun AzTV, Lider, Kəpəz və başqa telekanallarda müsahibə verməklə zavodda yaxın günlərdə 200 nəfərlik yeni iş yeri açılacağını deməklə seçicilərə təsir etmək məqsədi güddüyünü bildirərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Pərviz Həşimovun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 28 sentyabr 2010-cu il tarixli 01 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 39 saylı Kəpəz I (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında