Dövlət Mükafatları Komissiyası bildirir ki, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət mükafatlarına aşağıdakı işlər təqdim olunmuşdur:

Dövlət Mükafatları Komissiyası bildirir ki, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət  mükafatlarına aşağıdakı işlər təqdim olunmuşdur:

Elm sahəsi üzrə:

1. Elbəy Maqsudov - “Poetik-praktik Azərbaycan dili” - kitab.

Naxçıvan Dövlət Universiteti təqdim etmişdir.

2. Nailə Vəlixanlı, Əli Rəcəbli, Zərifə Dulayeva, Fərhad Cabbarov, Rəna Səfərova, Sənubər Qasımova, Afət Rüstəmbəyova, Sevinc Vahabova, Səbuhi Əhmədov, Məmməd Məmmədov, Nasir Quluzadə, Gülzadə Abdulova, Xədicə Əsədova - “AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının 2000-2013-cü  illərdə çap olunmuş kataloq və kitab-albomları”.

Azərbaycan Milli Elmlər Akademiyasının - Milli Azərbaycan Tarixi Muzeyi təqdim etmişdir.

3. Tofiq Nağıyev - “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” və “Nağıyev effekti” - atmosfer azotunun hidrogen peroksid vasitəsilə fiksasiyası" - monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kimya Problemləri İnstitutu təqdim etmişdir.

4. Vaqif Quliyev - “Yeni funksional fəzalarda harmonik analizin operatorları” - elmi nəşrlər silsiləsi.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu təqdim etmişdir.

5. Hətəm Quliyev, Surxay Əkbərov, Rəşid Cavanşir - “Kompozit materiallar və geoloji mühit mexanikasının müasir elmi əsaslarının yaradılması, elm və texnikanın müxtəlif sahələrində tətbiqi” - elmi nəşrlər silsiləsi.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutu təqdim etmişdir.

6. Fuad Məmmədov - “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” - monoqrafiya.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təqdim etmişdir.

7. Ziyad Səmədzadə - “Azərbaycanın iqtisadi inkişafı və onun səmərəliliyinin yüksəldilməsi problemlərinin kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.

Azərbaycan İqtisadçılar İttifaqı təqdim etmişdir.

8. Solmaz Rüstəmova - Tohidi - “Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” - silsilə kitablar.

“Xəzər” Universiteti təqdim etmişdir.

9. Qurban Yetirmişli, Fəxrəddin Qədirov - “Azərbaycan ərazisində seysmik və geodinamik aktivliyin monitorinq sisteminin yaradılması və nəticələr” - elmi nəşrlər silsiləsi.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi təqdim etmişdir.

10. Elçin Əhmədov - “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” - kitab.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyəti təqdim etmişdir.

11. Nəsir Əhmədli - “Jurnalistin nitq mədəniyyətinin əsasları” - kitab.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti təqdim etmişdir.

12. Əsgər Zeynalov - “Hüqo” - kitab.

Azərbaycan Dillər Universiteti təqdim etmişdir.

13. Nadir Süleymanov - “Veroətnostğ, üelıe funküii i oüenki tipa Vimana-Valirona  dlə gvolöüionnıx uravneniy”- monoqrafiya.

Sumqayıt Dövlət Universiteti təqdim etmişdir.

14. Nigar Ələkbərova - “Siyasi elmin müasir problemləri” - monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu təqdim etmişdir.

15. Yaqub Mahmudov, Cəbi Bəhramov, Ədalət Qasımov, Leyla Hüseynova - “Heydər Əliyev irsinin araşdırılmasına həsr olunmuş silsilə əsərlər”.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu təqdim etmişdir.

Texnika sahəsi üzrə:

Abel Məhərrəmov, Məhəmmədəli Ramazanov - “Müasir çeviricilər texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi”.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

Memarlıq sahəsi üzrə:

Elbay Qasımzadə, Akif Abdullayev, Nazim Vəliyev, Fəxrəddin Miralay - “Şəhidlər  Xiyabanında yerləşən “Əbədi Məşəl" türbəsi".

Azərbaycan Memarlar İttifaqı təqdim etmişdir.

Mədəniyyət sahəsi üzrə:

1. Əli Əmirli, Azər Paşa Nemətov, Siyavuş Kərimi, Fuad Poladov - “Şah Qacar” - tamaşa.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təqdim etmişdir.

2. Ramiz Quliyev - “Beynəlxalq simpozium və festivallarda geniş və uğurlu yaradıcılıq fəaliyyəti, xüsusən də son illər dünyanın aparıcı simfonik, kamera və digər orkestrləri ilə böyük müvəffəqiyyətlə həyata keçirdiyi konsert-ifaçılıq layihələri”.

Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim etmişdir.

3. Fərhad Bədəlbəyli, Oqtay Rəcəbov, Gülnar Abdullazadə, Oqtay Abbasquliyev, Nərminə Quliyeva, Yeganə Axundova - “Fortepianoda çalmaq üçün dərslik və dərs vəsaitləri toplusu”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası təqdim etmişdir.

4. Nizami Məmmədov, Vilayət İsmayılov, Əbülfəz Babazadə - “Kulğtura ustoyçivoqo razvitiə: ot idei k realğnosti” - kitab.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi təqdim etmişdir.

5. Oqtay Sadıxzadə - “Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri”.

Azərbaycan Rəssamlar İttifaqı təqdim etmişdir.

Ədəbiyyat sahəsi üzrə:

Elmira Axundova - “Heydər Əliyev. Şəxsiyyət və zaman” - 6 cildlik.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədi ilə idarə və təşkilatlardan, ictimai və  yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

 

Komissiyanın ünvanı: Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının

Nazirlər Kabineti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında