Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu

Bu qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I fəsil
Ümumi müddəalar

Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə
1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər.
Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları
2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir.
2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunları, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir.
2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
Maddə 3. Qanunun tətbiq sahəsi
Bu qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir.
II fəsil
Fövqəladə hallar orqanlarına xidmətə qəbul, vəzifəyə təyin və vəzifədən azad etmə
Maddə 4. Fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları və şərtləri
4.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının fövqəladə hallar orqanlarında xidmət keçmək hüququ vardır.
4.2. Fövqəladə hallar orqanlarına xidmətə qəbul könüllülük əsasında həyata keçirilir.
4.3. Fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmək üçün təqdim olunan ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.4. Fövqəladə hallar orqanlarına xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.
4.5. Fövqəladə hallar orqanlarına xidmətə qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin xidmətə qəbul olunmaması və ya xidmət keçməsinə xitam verilməsi üçün əsasdır.
4.6. Fövqəladə hallar orqanlarında xidmət keçən şəxslər arasında xidməti münasibətlərin tənzimlənməsi, onların ixtisas keyfiyyətlərinin müəyyən olunması məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələri, habelə həmin vəzifələrə uyğun bu Qanunda nəzərdə tutulmuş xüsusi rütbələr müəyyən edilir.
4.7. Fövqəladə hallar orqanlarında sıravi heyət və kiçik rəis heyəti vəzifələri bir qayda olaraq, tam orta və ya orta ixtisas təhsilli şəxslər hesabına müsahibə əsasında müqavilə (kontrakt) yolu ilə komplektləşdirilir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında müqavilənin (kontraktın) forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.8. Fövqəladə hallar orqanlarında orta rəis heyəti vəzifələri ali və ya orta ixtisas təhsilli, böyük rəis heyəti vəzifələri isə bir qayda olaraq, ali təhsilli şəxslər hesabına müsahibə yolu ilə komplektləşdirilir.
4.9. Fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmaq üçün müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.10. Fövqəladə hallar orqanlarına xidmətə qəbul müvafiq icra hakimiyyəti orqanı rəhbərinin və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmri ilə rəsmiləşdirilir.
4.11. İkili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə fövqəladə hallar orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidmətlə bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər fövqəladə hallar orqanlarına xidmətə qəbul edilə bilməzlər.
4.12. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar, habelə, bir qayda olaraq, yaşı otuzu keçmiş şəxslər fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
4.13. Bu Qanunun 4.12-ci maddəsində nəzərdə tutulmuş yaş məhdudiyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən böyük və ali rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən şəxslərə, habelə zəruri hallarda fövqəladə hallar orqanlarında maliyyə, təsərrüfat, tibb, təhsil və digər spesifik sahələr üzrə sıravi heyət, kiçik və orta rəis heyəti vəzifələrinə qəbul edilən yaşı qırxadək olan şəxslərə şamil edilmir.
4.14. Fövqəladə hallar orqanlarına xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin fiziki hazırlığı və sağlamlıq vəziyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yoxlanılır.
4.15. Fövqəladə hallar orqanlarının əməkdaşları hərbi uçotdan çıxarılaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınırlar.
Maddə 5. Fövqəladə hallar orqanları əməkdaşının andı
5.1. İlk dəfə fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaş xidmətə başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Mən, fövqəladə hallar orqanlarında xidmət keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna uyğun həyata keçirəcəyimə, fövqəladə hallar orqanları əməkdaşının şərəf və ləyaqətini uca tutacağıma and içirəm.".
5.2. Fövqəladə hallar orqanlarının and içən əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
Maddə 6. Fövqəladə hallar orqanlarında sınaq keçmə
6.1. Fövqəladə hallar orqanlarına ilk dəfə xidmətə qəbul edilən şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 3 aydan 6 ayadək sınaq müddəti müəyyən edilə bilər.
6.2. Sınaq müddəti ərzində fövqəladə hallar orqanlarında xidmətə namizəd ilkin hazırlıq keçir və onun xidmətə yararlılığı müəyyən edilir. Sınaq müddəti ərzində namizədə xüsusi rütbə verilmir.
6.3. Sınaq müddəti başa çatdıqdan sonra müsbət rəy almış əməkdaş müvafiq fövqəladə hallar orqanlarında vəzifəyə təyin olunmaqla daimi xidmətə qəbul edilir.
6.4. Sınaq müddəti, fövqəladə hallar orqanına xidmətə qəbula dair əmrdə göstərilir.
6.5. Fövqəladə hallar orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin məzunları və müdavimləri üçün, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda sınaq müddəti müəyyən edilmir.
6.6. Sınaq müddəti fövqəladə hallar orqanlarında iş stajına hesablanır, xidmət illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
6.7. Sınaq müddətində əməkdaşlara vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası ödənilir.
6.8. Fövqəladə hallar orqanlarında sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işi
7.1. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işində onun fövqəladə hallar orqanlarında xidmət keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.
7.2. Fövqəladə hallar orqanları əməkdaşlarının şəxsi işi fövqəladə hallar orqanlarının kadr xidməti tərəfindən aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Fövqəladə hallar orqanları əməkdaşının xidməti vəsiqəsi
8.1. Vəzifəyə təyin olunmuş fövqəladə hallar orqanlarının əməkdaşına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada xidməti vəsiqə verilir.
8.2. Fövqəladə hallar orqanlarının əməkdaşı fövqəladə hallar orqanlarında xidmət etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Fövqəladə hallar orqanları əməkdaşının soyadı, adı və atasının adı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda, xidməti vəsiqə itirildikdə və ya korlandıqda ona yeni xidməti vəsiqə verilir.
8.3. Fövqəladə hallar orqanları əməkdaşlarının xidməti vəsiqəsinin itirilməsi və ya korlanması bu Qanuna uyğun olaraq intizam məsuliyyətinə səbəb ola bilər.
8.4. Fövqəladə hallar orqanları əməkdaşının xidmətinə xitam verildikdə xidməti vəsiqə qaytarılmalıdır.
III fəsil
Fövqəladə hallar orqanlarında xidmətkeçmənin şərtləri
Maddə 9. Fövqəladə hallar orqanları əməkdaşlarının hüquqları
9.0. Fövqəladə hallar orqanlarının əməkdaşları aşağıdakı hüquqlara malikdirlər:
9.0.1. vəzifə borcunu yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq zəruri informasiya və materiallar tələb etmək və almaq;
9.0.2. fövqəladə hallar orqanları əməkdaşını vəzifəyə təyin etmək və vəzifədən azad etmək hünququna malik olan vəzifəli şəxsə öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsi və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;
9.0.3. qanunvericiliyə uyğun olaraq pul təminatı almaq;
9.0.4. ixtisasının artması və xidməti vəzifələrinin yerinə yetirilməsi nəzərə alınmaqla xidmətdə irəli çəkilmək;
9.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə xidmət etdiyi fövqəladə hallar orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
9.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
9.0.7. şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
9.0.8. müvafiq orqanlarda və məhkəmədə qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
9.0.9. həmkarlar ittifaqlarında birləşmək;
9.0.10. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, fövqəladə hallar orqanları əməkdaşlarının funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;
9.0.11. xidmət etdiyi fövqəladə hallar orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi onda şübhə doğurarsa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;
9.0.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq;
9.0.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada digər məzuniyyətlər, pensiya və müavinətlər almaq;
9.0.14. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Maddə 10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri
10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə;
10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə;
10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;
10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə;
10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə;
10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə;
10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə;
10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə;
10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa;
10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;
10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə.
Maddə 11. Fövqəladə hallar orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyət
11.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir.
11.2. Fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur:
11.2.1. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;
11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə;
11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə;
11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə.
Maddə 12. İş və istirahət vaxtı
12.1. Fövqəladə hallar orqanları əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.
12.2. Fövqəladə hallar orqanları əməkdaşları zəruri hallarda iş vaxtından sonra, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və digər günlərdə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericiliklə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir.
12.3. Fövqəladə hallar orqanları əməkdaşlarına iş günü ərzində istirahət və nahar etmək üçün fasilə verilir.
Maddə 13. Fövqəladə hallar orqanları əməkdaşlarının məzuniyyəti
13.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:
13.1.1. illik əsas məzuniyyət;
13.1.2. illik əlavə məzuniyyət;
13.1.3. xəstəliyə görə məzuniyyət;
13.1.4. qısamüddətli məzuniyyət;
13.1.5. müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə tətil məzuniyyəti və təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyət.
13.2. Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.
13.3. Fövqəladə hallar orqanları əməkdaşlarının illik əsas məzuniyyəti 30 gün müəyyən edilir. Əməkdaşlara fövqəladə hallar orqanlarında xidmətə qəbul edilən il üçün əsas məzuniyyət xidmətə qəbul olunduqları gündən başlayaraq xidmət göstərilən hər bir tam aya mütənasib olaraq 2,5 gün hesablanır.
13.4. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xidmətin birinci ili üçün əsas məzuniyyət hüququ xidmətə daxil olduqları andan etibarən 6 ay xidmət keçdikdən sonra əmələ gəlir.
13.5. Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ili ərzində və müvafiq məzuniyyət qrafikinə uyğun olaraq verilir.
13.6. Məzuniyyət dövründə əmək qabiliyyətini müvəqqəti itirən fövqəladə hallar orqanları əməkdaşının məzuniyyəti, qanunvericiliklə müəyyən edilmiş qaydada xəstəlik vərəqində göstərilən müddət qədər uzadılır.
13.7. Fövqəladə hallar orqanları əməkdaşının istəyi ilə illik əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənə və ya ayrılıqda verilə bilər.
13.8. Fövqəladə hallar orqanları əməkdaşlarına xidmət illərinə görə aşağıdakı müddətlərdə əlavə illik məzuniyyət verilir:
5 ildən 10 ilədək - 3 təqvim günü
10 ildən 15 ilədək - 5 təqvim günü
15 ildən 20 ilədək - 10 təqvim günü
20 il və daha çox - 15 təqvim günü.
13.9. Fövqəladə hallar orqanları əməkdaşlarına xəstəliyə görə məzuniyyət müvafiq icra hakimiyyəti orqanının xüsusi-həkim ekspertiza komissiyasının (bundan sonra - xüsusi-həkim ekspertiza komissiyası) rəyi əsasında verilir.
Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti dörd aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra fövqəladə hallar orqanları əməkdaşı xidmətə yararlılığının yoxlanılması məqsədilə xüsusi-həkim ekspertiza komissiyasının müayinəsindən keçməlidir.
Xidməti vəzifələrinin icrası zamanı alınmış xəsarətlə (yaralanma, travma, kontuziya ilə) əlaqədar fövqəladə hallar orqanları əməkdaşlarının müalicədə olma müddəti məhdudlaşdırılmır. Həmin əməkdaşlar müalicə başa çatdıqdan və yaxud müalicənin mümkünsüzlüyü müəyyən olunduqdan sonra tibbi müayinəyə göndərilirlər.
Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.
13.10. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə fövqəladə hallar orqanları əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər. Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.
13.11. Müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə aşağıdakı məzuniyyətlər verilir:
13.11.1. qış tətili ilə əlaqədar 14 təqvim günü müddətində;
13.11.2. yay tətili ilə əlaqədar 30 təqvim günü müddətində.
13.12. Müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirən məzunlara 30 təqvim günü müddətində məzuniyyət verilir.
13.13. Məzuniyyət keçirmə yerinə (ölkə daxilində) getmə və qayıtma vaxtı fövqəladə hallar orqanları əməkdaşlarına verilən əsas, xəstəliyə görə və müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyətlərin müddətinə əlavə edilir .
13.14. Fövqəladə hallar orqanları əməkdaşlarının məzuniyyət hüququ ilə bağlı bu Qanunda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Maddə 14. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifədə irəli çəkilməsi və başqa vəzifəyə keçirilməsi
14.1. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilə və ya başqa vəzifəyə keçirilə bilər.
14.2. Fövqəladə hallar orqanları əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, bir qayda olaraq, onun razılığı ilə yol verilir. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən isə ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır.
14.3. Səhhətinə görə (xüsusi-həkim ekspertiza komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə fövqəladə hallar orqanları əməkdaşının aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.
14.4. Fövqəladə hallar orqanlarının aşağı vəzifəyə keçirilmiş əməkdaşı sonradan xüsusi rütbəsi, peşəkarlığı, vəzifələrinin yerinə yetirilməsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Fövqəladə hallar orqanları əməkdaşının bir vəzifədən başqa vəzifəyə keçirilməsi bütün hallarda əsası göstərilməklə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxsin əmri ilə rəsmiləşdirilir və əməkdaşa elan edilir.
14.5. Fövqəladə hallar orqanlarının əməkdaşı dövlət orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə keçdikdə, fövqəladə hallar orqanlarının kadr ehtiyatında saxlanıla bilər.
Maddə 15. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olması və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması
15.1. Fövqəladə hallar orqanlarının əməkdaşı təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə üç ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə olduğu dövr bu müddətə daxil edilmir. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır.
15.2. Fövqəladə hallar orqanlarının əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda həmin andan vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər.
15.3. Fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.
15.4. Barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir.
15.5. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 31.1-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız fövqəladə hallar orqanlarının əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasının davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti araşdırmanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına dair və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.
15.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində əməkdaşa tam həcmdə əmək haqqı ödənilir.
Maddə 16. Fövqəladə hallar orqanları əməkdaşlarının peşə hazırlığı və ixtisaslarının artırılması
16.1. Fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur.
16.2. Fövqəladə hallar orqanları əməkdaşının öz ixtisasını artırması onun xidmət borcu, əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər əməkdaşların xidməti vəzifəsidir. Əməkdaşın tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun tədrisə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alınır.
16.3. Fövqəladə hallar orqanlarında sıravi heyət və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən şəxslər vəzifələrinin icrasına müvafiq hazırlıq kursları keçdikdən sonra başlayırlar.
16.4. Fövqəladə hallar orqanları əməkdaşının təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi vaxtı fövqəladə hallar orqanlarında iş stajına hesablanır, xidmət illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
16.5. Fövqəladə hallar orqanları əməkdaşlarının peşə hazırlığı və ixtisaslarının artırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur.
Maddə 17. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası və fəaliyyətlərinin qiymətləndirilməsi
17.1. Tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi, potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliyinin artırılmasının stimullaşdırılması, təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçmələrinə zərurət dərəcəsinin müəyyən edilməsi, habelə kadrların irəli çəkilməsi məsələlərinin həyata keçirilməsi məqsədi ilə fövqəladə hallar orqanlarında kiçik, orta və böyük rəis heyəti vəzifələrində çalışan əməkdaşların attestasiyası keçirilir.
17.2. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Fövqəladə hallar orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
17.3. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan fövqəladə hallar orqanlarının əməkdaşlarının attestasiyası keçirilə bilər. Hər bir fövqəladə hallar orqanlarının əməkdaşının beş ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər.
17.4. Attestasiya kollegial, obyektiv surətdə və zəruri hallarda müvafiq sahə üzrə müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir.
17.5. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən attestasiya komissiyası yaradılır. Attestasiya komissiyası kollegial orqandır, azı beş nəfərdən ibarət olmaqla, bütün hallarda tərkibi tək sayda yaradılır.
17.6. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
17.6.1. tutduğu vəzifəyə uyğun gəlir;
17.6.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;
17.6.3. tutduğu vəzifəyə uyğun gəlmir.
17.7. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı fövqəladə hallar orqanları əməkdaşlarının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən fövqəladə hallar orqanları əməkdaşlarının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi, xidməti fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyasının irəli sürdüyü tövsiyələr əsaslandırılmalıdır.
17.8. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi qaydaları və attestasiya komissiyasının fəaliyyəti haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 18. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin yaş həddi
18.1. Əməkdaşlar fövqəladə hallar orqanlarında aşağıdakı yaş həddinədək xidmət edirlər:
18.1.1. sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) - 50 yaş;
18.1.2. orta və böyük rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün - 55 yaş;
18.1.3. bu Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ali rəis heyəti vəzifələrində daxili xidmət general-mayoru, tibb xidməti general-mayoru, daxili xidmət general-leytenantı və tibb xidməti general-leytenantı xüsusi rütbələrində olan əməkdaşlar üçün - 60 yaş.
18.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ali rəis heyəti vəzifələrinə təyin olunan şəxslər üçün xidmətkeçmənin yaş həddi müəyyən edilmir.
18.3. Bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış fövqəladə hallar orqanlarının əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 5 ilə qədər müddətə uzadıla bilər.
18.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, xidmətkeçmənin yaş həddinə çatmış əməkdaşların fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilir.
18.5. Xidmət müddətinin artırılması haqqında qərar bu Qanunla nəzərdə tutulmuş əsaslarla fövqəladə hallar orqanları əməkdaşlarının xidmətdən xaric edilməsini istisna etmir.
Maddə 19. Fövqəladə hallar orqanlarında xidmətkeçmə ilə bağlı digər məsələlər
19.1. Fövqəladə hallar orqanlarında xidmət keçmiş şəxslər məhkəmə, prokurorluq və hüquq mühafizə orqanlarına xidmətə qəbul edilərkən onların fövqəladə hallar orqanlarında xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr nəzərə alınır. Həmin orqanlardan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin xidmət illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və daşıdıqları xüsusi (hərbi) rütbələr nəzərə alınır.
19.2. Fövqəladə hallar orqanlarının əməkdaşı xidmətkeçmə ilə bağlı qərarla razı olmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq yuxarı orqana və (və ya) məhkəməyə şikayət edə bilər.
19.3. Yuxarı orqan qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında əməkdaşa yazılı məlumat verməlidir.
19.4. Verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır.
IV fəsil
Fövqəladə hallar orqanları əməkdaşlarının xüsusi rütbələri
Maddə 20. Xüsusi rütbələr
20.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün aşağıdakı xüsusi rütbələr müəyyən edilir:
20.1.1. Sıravi heyət vəzifələri üçün xüsusi rütbə:
-daxili xidmət sıravisi; tibb xidməti sıravisi;
20.1.2. kiçik rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
-daxili xidmət kiçik çavuşu; tibb xidməti kiçik çavuşu;
-daxili xidmət çavuşu; tibb xidməti çavuşu;
-daxili xidmət baş çavuşu; tibb xidməti baş çavuşu;
-daxili xidmət kiçik giziri; tibb xidməti kiçik giziri;
-daxili xidmət giziri; tibb xidməti giziri;
-daxili xidmət baş giziri; tibb xidməti baş giziri;
20.1.3. orta rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
-daxili xidmət kiçik leytenantı; tibb xidməti kiçik leytenantı;
-daxili xidmət leytenantı; tibb xidməti leytenantı;
-daxili xidmət baş leytenantı; tibb xidməti baş leytenantı;
-daxili xidmət kapitanı; tibb xidməti kapitanı;
20.1.4. böyük rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
-daxili xidmət mayoru; tibb xidməti mayoru;
-daxili xidmət polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;
-daxili xidmət polkovniki; tibb xidməti polkovniki;

{nl}

20.1.5. ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
-daxili xidmət general-mayoru; tibb xidməti general-mayoru;
-daxili xidmət general-leytenantı; tibb xidməti general-leytenantı.
20.2. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur.
Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası
21.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarına xüsusi rütbələr fərdi qaydada, olduqları xüsusi rütbədə xidmət müddəti, tutduqları vəzifədə xüsusi rütbə hədləri və bu Qanunda nəzərdə tutulmuş digər şərtlər nəzərə alınmaqla verilir. Bu Qanunun 21.16-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xüsusi rütbələr ardıcıl olaraq verilir.
21.2. Fövqəladə hallar orqanları əməkdaşlarının xüsusi rütbələrdə xidmət müddəti aşağıdakı kimi müəyyən olunur:
21.2.1. daxili xidmət kiçik çavuşu, tibb xidməti kiçik çavuşu - 1 il;
21.2.2. daxili xidmət çavuşu, tibb xidməti çavuşu - 2 il;
21.2.3. daxili xidmət baş çavuşu, tibb xidməti baş çavuşu - 3 il;
21.2.4. daxili xidmət kiçik giziri, tibb xidməti kiçik giziri - 3 il;
21.2.5. daxili xidmət giziri, tibb xidməti giziri - 3 il;
21.2.6. daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - 1 il;
21.2.7. daxili xidmət leytenantı, tibb xidməti leytenantı - 2 il;
21.2.8. daxili xidmət baş leytenantı, tibb xidməti baş leytenantı - 3 il;
21.2.9. daxili xidmət kapitanı, tibb xidməti kapitanı - 3 il;
21.2.10. daxili xidmət mayoru, tibb xidməti mayoru - 4 il;
21.2.11. daxili xidmət polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 5 il.
21.3. Ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələrdə, habelə daxili xidmət polkovniki, tibb xidməti polkovniki, daxili xidmət baş giziri, tibb xidməti baş giziri, daxili xidmət sıravisi və tibb xidməti sıravisi xüsusi rütbələrində xidmət müddəti müəyyən edilmir.
21.4. Ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Fövqəladə hallar orqanlarında müvafiq vəzifələrin və bu vəzifələrə uyğun ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
21.5. Bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təsdiq etdiyi vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısına uyğun olaraq verilir.
21.6. Xüsusi rütbələr verilmə ardıcıllığından asılı olaraq ilk və növbəti olur. Bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəti xüsusi rütbələr bu Qanuna uyğun olaraq müvafiq vəzifə üzrə nəzərdə tutulan xüsusi rütbələrdə xidmət müddəti başa çatdıqda verilir.
21.7. Böyük və orta rəis heyəti vəzifələri üçün xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:
21.7.1. müvafiq icra hakimiyyəti orqanının aparatının və tabeliyində olan qurumların əməkdaşlarına - müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən;
21.7.2. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən fövqəladə hallar orqanlarının əməkdaşlarına - müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən. Bu halda daxili xidmət polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı, daxili xidmət polkovniki və tibb xidməti polkovniki xüsusi rütbələrinin verilməsi müvafiq icra hakimiyyəti orqanının rəhbəri ilə razılaşdırılır.
21.8. Sıravi heyət və kiçik rəis heyəti vəzifələri üçün xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən verilir.
21.9. Xüsusi rütbələrin verilməsinə dair təqdimatın forması müvafiq icra hakimiynyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.
21.10. Daxili xidmət sıravisi, tibb xidməti sıravisi ilk xüsusi rütbəsi, sıravi heyət və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş şəxslərə verilir.
21.11. Daxili xidmət kiçik çavuşu və tibb xidməti kiçik çavuşu növbəti xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları müvəffəqiyyətlə başa vurmuş daxili xidmət sıravisi, tibb xidməti sıravisi xüsusi rütbələri daşıyan əməkdaşlara verilir.
21.12. Daxili xidmət kiçik leytenantı və tibb xidməti kiçik leytenantı növbəti xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş, eləcə də xüsusi təyinatlı orta-ixtisas təhsili müəssisələrini bitirib orta rəis heyəti vəzifələrinə təyin edilən sıravi heyət və ya kiçik rəis heyəti rütbələrində olan fövqəladə hallar orqanları əməkdaşlarına verilir.
21.13. Daxili xidmət leytenantı və tibb xidməti leytenantı xüsusi rütbələri aşağıdakı şəxslərə verilir:
21.13.1. xüsusi rütbədə xidmət müddəti başa çatmış daxili xidmət kiçik leytenantına və tibb xidməti kiçik leytenantına;
21.13.2. sıravi heyət və kiçik rəis heyətinin xüsusi rütbələrini daşıyan müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş və orta rəis heyəti vəzifələrinə təyin edilən fövqəladə hallar orqanları əməkdaşlarına;
21.13.3. orta və böyük rəis heyəti vəzifələrinə qəbul edilən ali təhsili olan şəxslərə (ilk xüsusi rütbə kimi).
21.14. Fövqəladə hallar orqanlarının əməkdaşlarına növbəti xüsusi rütbə verilərkən tutduğu vəzifə və xidməti keyfiyyətləri nəzərə alınır.
21.15. Hərbi və hüquq mühafizə orqanlarından fövqəladə hallar orqanlarına xidmətə keçmiş şəxslərə xüsusi rütbə onların fövqəladə hallar orqanlarında tutduqları vəzifə və əvvəlki xüsusi (hərbi) rütbəsi nəzərə alınmaqla, bu Qanuna əsasən verilir.
21.16. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər, vəzifələrini nümunəvi icra etdiyinə və xidməti nailiyyətlərinə görə fövqəladə hallar orqanları əməkdaşlarına mükafatlandırma qaydasında bu Qanunda nəzərdə tutulmuş müvafiq rütbədə xidmət müddəti başa çatmamış və ya tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yüksək xüsusi rütbə verə bilərlər.
21.17. Fövqəladə hallar orqanları əməkdaşına bu Qanunun 21.16-cı maddəsində nəzərdə tutulmuş hallarda növbəti xüsusi rütbə, onun daşıdığı xüsusi rütbədə xidmət müddətinin ən azı yarısı keçdikdən sonra, vəzifə ştatları ilə nəzərdə tutulan rütbələr həddində verilə bilər. Rütbədə xidmət müddəti başa çatmamış növbəti xüsusi rütbə və vaxtından əvvəl tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yüksək xüsusi rütbənin verilməsinə əməkdaşın fövqəladə hallar orqanlarında xidmət keçdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.
21.18. Vəzifədə irəli çəkilərkən fövqəladə hallar orqanları əməkdaşına bu Qanunun 21.17-ci maddəsinin tələbləri nəzərə alınmadan daşıdığı xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
21.19. Ehtiyatda olan zabitlər fövqəladə hallar orqanlarında xüsusi rütbələr üzrə vəzifələrə təyin olunduqda həmin şəxslərə ilk xüsusi rütbə, onların hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə, bir pillə yüksək verilə bilər.
21.20. Fövqəladə hallar orqanlarının elmi dərəcəsi olan əməkdaşlarına onların vəzifələri üzrə nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
21.21. Fövqəladə hallar orqanlarında orta və böyük rəis heyəti vəzifələri üçün ilk və ya attestasiya qaydasında xüsusi rütbələr əməkdaşın təyin olunduğu vəzifənin rütbə həddi daxilində müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.
21.22. Fövqəladə hallar orqanlarının sıravi heyət və ya kiçik rəis heyəti vəzifələrində olan əməkdaşları orta və ya böyük rəis heyəti vəzifələrinə təyin olunduqda, müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən onlara mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq vəzifəyə təyin olunduqları rəis heyətinin ilk xüsusi rütbəsi verilir.
21.23. Fövqəladə hallar orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən əməkdaşlar vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud barələrində xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.
21.24. Xüsusi rütbədə xidmət müddəti həmin xüsusi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
21.25. Fövqəladə hallar orqanları əməkdaşlarına növbəti xüsusi rütbənin verilmənsi əsassız olaraq gecikdirildikdə onların növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan hesablanır.
21.26. Fövqəladə hallar orqanları əməkdaşlarının intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət müddətinə daxil edilmir.
21.27. Xüsusi rütbə fövqəladə hallar orqanları əməkdaşlarına ömürlük verilir və onlar yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbədən məhrum oluna bilərlər.
V fəsil
Fövqəladə hallar orqanları əməkdaşlarının hüquqi və sosial müdafiəsi, maddi təminatı
Maddə 22. Fövqəladə hallar orqanları əməkdaşlarının hüquqi mudafiəsi
22.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, fövqəladə hallar orqanlarından xaric edilə və onun xidmət keçməsinə xitam verilə bilməz. Qanunvericiliklə səlahiyyət verilmiş şəxslərdən başqa, digər şəxslərin fövqəladə hallar orqanları əməkdaşının qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir.
22.2. Fövqəladə hallar orqanlarının əməkdaşları və onların ailə üzvləri barədə məlumatların məxfiliyinin qorunması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə rabitə sorğu xidmətinə və ya digər məlumat-sorğu xidmətlərinə bu şəxslərin telefon nömrələri, yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.
22.3. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xidmət keçməsi haqqında məlumatlar yalnız həmin əməkdaşın xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinin icazəsi ilə verilə bilər.
Maddə 23. Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi
23.1. Fövqəladə hallar orqanları əməkdaşlarının həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq icbari sığorta edilir.
23.2. Fövqəladə hallar orqanlarının əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Tibbi xidmətin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir.
23.3. Fövqəladə hallar orqanları əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının tibb xidmətindən kənarda müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə, orta aylıq əmək haqqının bir misli məbləğində müalicə üçün birdəfəlik müavinət verilir.
23.4. Fövqəladə hallar orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində birdəfəlik müavinət verilir.
23.5. İllik əsas və əlavə məzuniyyətlərdən hər hansı səbəbdən istifadə etməmiş fövqəladə hallar orqanlarının əməkdaşlarına istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsi qanunvericiliyə uyğun həyata keçirilir.
23.6. Fövqəladə hallar orqanları əməkdaşlarına ölkə daxilində məzuniyyəti keçirmə yerinə getmə və geriyə qayıtma üçün yol haqqı aşağıdakı məzuniyyətlər verilərkən ödənilir:
23.6.1. əsas və xəstəliyə görə məzuniyyət dövründə (ildə bir dəfə);
23.6.2. müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisənlərinin müdavimlərinə tətilə çıxmaqla əlaqədar (ildə iki dəfə);
23.6.3. müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar.
23.7. Fövqəladə hallar orqanları əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə getmək və geri qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.
23.8. Fövqəladə hallar orqanlarının əməkdaşlarının mənzil hüququ, o cümlədən xüsusi təyinatlı yaşayış sahələrindən istifadə hüququ müvafiq qanunvericiliklə tənzimlənir. Mənzil növbəsinə dayanmış fövqəladə hallar orqanlarının əməkdaşı xidməti fəaliyyət zamanı vəfat etdikdə onun ailəsinin mənzil almaq hüququ saxlanılır.
23.9. Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir.
23.10. Fövqəladə hallar orqanının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşının və onun ailə üzvlərinin yeni xidmətkeçmə yerinə köçmə xərci və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
23.11. Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yanşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.
23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.
23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlil olması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir.
23.14. Xidməti vəzifələrini icra edərkən həlak olan (vəfat edən) əməkdaşların dəfni dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Əməkdaşların dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.15. Fövqəladə hallar orqanları əməkdaşları dövlət büdcəsi vəsaiti hesabına imtiyazlı ödəmə şərti ilə ölkə daxilində sanatoriya-kurort müəssisələrinə yollayış ala bilərlər.
Maddə 24. Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı
24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
24.2. Fövqəladə hallar orqanlarında 25 il xidmət keçmiş və həmin orqanlarda xidmətini davam etdirən əməkdaşlara aylıq pul təminatı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.
Maddə 25. Fövqəladə hallar orqanları əməkdaşlarının maddi təminatı
25.1. Fövqəladə hallar orqanları əməkdaşlarının pul təminatı vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, fasiləsiz xidmət illərinə, məharət dərəcəsinə, elmi dərəcəyə və elmi ada görə əlavələrdən, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərdən ibarətdir.
25.2. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşlarının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.3. Fövqəladə hallar orqanları əməkdaşlarına məharət dərəcəsinə görə ödənilən pul əlavəsinin hesablanması qaydası və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.4. Fövqəladə hallar orqanları əməkdaşlarına bu orqanlarda xidmət stajına görə müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın hesablanması qaydasına və məbləğlərinə uyğun olaraq əlavə haqq verilir.
25.5. Fövqəladə hallar orqanlarının əməkdaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.6. Fövqəladə hallar orqanlarının əməkdaşlarına əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda xidmətdə fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə və xüsusi xidmət şəraitinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifə maaşlarının 25 faizindən çox olmamaq şərti ilə əlavələr təyin edilə bilər.
Xüsusi xidmət şəraitinin meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.7. Fövqəladə hallar orqanları əməkdaşlarının mükafatlandırılması məqsədi ilə hər il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlar üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
25.8. Fövqəladə hallar orqanlarının əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun ərzaq payı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanan ərzaq payı əvəzinə pul kompensasiyası verilir.
25.9. Fövqəladə hallar orqanlarının əməkdaşlarına ildə bir dəfə bir aylıq vəzifə və xüsusi rütbəyə görə maaşı həcmində maddi yardım göstərilir.
25.10 Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 26. Geyim forması
26.1. Fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar.
26.2. Fövqəladə hallar orqanları əməkdaşlarına geyim formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz verilir.
26.3. Geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.4. Fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər.
26.5. Fövqəladə hallar orqanlarında xidmətinə pensiya almaq hüququ ilə xitam verilmiş şəxslər geyim formasını müvafiq icra hakimiyyəti orqanının əmri ilə daşıya bilərlər.
Maddə 27. Xidməti silah
27.1. Fövqəladə hallar orqanları əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən ayrı-ayrı kateqoriyalarına xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda xidmənti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə tətbiq etmək hüququ verilir.
27.2. Fövqəladə hallar orqanlarında qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda istifadə olunan xidməti silahların, habelə fövqəladə hallar orqanlarının qurumlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
VI fəsil
Fövqəladə hallar orqanları əməkdaşlarının həvəsləndirilməsi və onların məsuliyyəti
Maddə 28. Həvəsləndirmə tədbirləri
28.1. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə fövqəladə hallar orqanları əməkdaşına aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:
28.1.1. təşəkkür;
28.1.2. pul mükafatı;
28.1.3. qiymətli hədiyyə ilə mükafatlandırma;
28.1.4. əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl götürülməsi;
28.1.5. fəxri fərmanla təltif edilmə;
28.1.6. növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;
28.1.7. xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;
28.1.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis olunmuş döş nişanları ilə təltif edilmə;
28.2. Fövqəladə hallar orqanlarının əməkdaşları xüsusi xidmətlərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının orden və medalları və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.
Maddə 29. Fövqəladə hallar orqanları əməkdaşının həvəsləndirilməsi qaydası
29.1. Həvəsləndirmə tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
29.2. Həvəsləndirmə tədbiri əmrlə rəsmiləşdirilir və əmr əməkdaşın şəxsi işinə əlavə olunur. Əmr verildikdən 3 gün müddətində həmin şəxsə elan olunur.
Maddə 30. Fövqəladə hallar orqanları əməkdaşının məsuliyyəti
Fövqəladə hallar orqanları əməkdaşının məsuliyyətə cəlb edilməsi, onun hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
Maddə 31. İntizam məsuliyyətinin növləri
31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:
31.1.1. məzəmmət (irad);
31.1.2. töhmət;
31.1.3. şiddətli töhmət;
31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
31.1.5. aşağı vəzifəyə keçirmə;
31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması;
31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir);
31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;
31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə.
31.2. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.
31.3. Xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər.
31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə fövqəladə hallar orqanları işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər.
Maddə 32. Fövqəladə hallar orqanl
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında