“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

 “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 582; 2005, № 8, maddə 692; 2008, № 11, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü və 13.2-ci maddələrdə “Kənd təsərrüfatı bitkilərinin” sözləri “Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin” sözləri ilə əvəz edilsin;

2. 5.1-ci və 11.2-ci maddələrə “kənd təsərrüfatı bitkilərinin” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin;

3. 6.5-ci və 11.1.4-cü maddələrə “kənd təsərrüfatı bitkiləri” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin;

4. 11.2-ci maddədə “Kənd təsərrüfatı bitkiləri” sözləri “Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkiləri” sözləri ilə əvəz edilsin;

5. 13.4-cü maddəyə “kənd təsərrüfatı bitkisinin” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında