2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Əliyev Rüfət İdris oğlunun 02 oktyabr 2013-cü il tarixli 13 saylı müraciətinə baxılmas

 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Əliyev Rüfət İdris oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Oqtay Misir oğlu Əliyevin döyüş kontuziyası alması səbəbindən onun dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olmasının qanunvericiliyə zidd olmasını bildirmiş və bu səbəbdən onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma zamanı dairə seçki komissiyasının üzvü Oqtay Əliyevin xəstəliyi ilə bağlı təsdiqedici fakt aşkarlanmamışdır. Bununla belə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.4.5-ci maddəsində qeyd olunan hal istisna olmaqla, Azərbaycan Respublikası Seçki Məcəlləsində seçki komissiyası üzvünün səlahiyyətlərinə şəxsin xəstəliyinə görə vaxtından əvvəl xitam verilməsi əsasları müəyyən edilməmişdir.

Ona görə də ərizəçinin müraciəti təmin edilməməlidir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 22.1, 22.2, 22.3, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və  “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin  səlahiyyətli nümayəndəsi Əliyev Rüfət İdris oğlunun 02 oktyabr 2013-cü il tarixli 13 saylı müraciəti təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında