2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalovanın qeydiyyatının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalova 3 oktyabr 2013-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək vəkil edilmiş şəxs kimi öz səlahiyyətlərindən imtina etdiyini bildirib, qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müraciətə baxaraq müəyyən etmişdir ki, Ümid Partiyasının vəkil edilmiş şəxsi M.H.Zeynalova vəkil edilmiş şəxs kimi öz səlahiyyətlərindən imtina etdiyindən onun qeydiyyatı ləğv olunmalı və “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında Təlimat”ın 3.2-ci bəndinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 72.4-cü maddələrinə və qeyd edilən Təlimatın 3.2-ci bəndinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalovanın qeydiyyatı ləğv olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında