2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 23 sentyabr 2013-cü il tarixli 05 saylı müraciətinə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2013-cü il sentyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 22 sentyabr 2013-cü ildə təmsil etdiyi namizədin maraqlarını müdafiə edən 5 nəfər gəncin “Azadlıq prospekti” metrostansiyasının girişində polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılaraq fiziki zorakılığa məruz qalmalarını, Cəmil Həsənliyə məxsus təşviqat materiallarının (17 ədəd köynək, 220 ədəd plakat və şüarlar) polislər tərəfindən alındıqdan sonra azad olmalarını, həmin gün Sumqayıt şəhərindən Bakıya gələn taksi və digər minik maşınlarının Dövlət Yol Polisi işçiləri tərəfindən əsassız saxlanılaraq Sumqayıt şəhərinə geri qaytarıldıqlarını, bundan əlavə, saat 15.00-dan başlayaraq 16.40-dək metronun “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən metro qatarlarını heç bir xəbərdarlıq edilmədən “İçərişəhər” stansiyasına yönəltməklə “İnşaatçılar” stansiyasına gedən seçicilərin çətinliyə salındıqlarını, Cəmil Həsənlinin həmin gün seçicilərlə görüşü başa çatdıqdan sonra polis əməkdaşlarının Müsavat Partiyasının fəallarından olan Vasif Hüseynovun evinə gedərək valideynlərindən onun Yasamal Payon Polis İdarəsinə getməsini tələb etdiklərini bildirib, müraciətdə ehtimal olunan qanunsuz hərəkətləri həyata keçirən təşkilat və şəxslərin cəzalandırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə, Bakı Metropoliteninə və Yasamal Rayon Polis İdarəsinə müraciət edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş və müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müraciətdə iddia olunan qanun pozuntularının müvafiq qurumlar tərəfindən araşdırılmasına dair ərizəçinin xahişinin təmin edilməsi üçün əsaslar olduğundan müraciət araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə (Yasamal RPİ də Bakı Şəhər Baş Polis İdarəsinə tabe olduğundan) və Bakı Metropoliteninə göndərilməli, nəticəsi barədə ərizəçiyə məlumat verilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 sentyabr 2013-cü il tarixli 05 saylı müraciəti təmin edilərək aidiyyəti üzrə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Metropoliteninə göndərilsin.

2. Araşdırmanın nəticəsi barədə şikayətçiyə məlumat verilməsi təmin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında