2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi təsdiq olunmuş Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi təsdiq olunmuş Cəmil Poladxan oğlu Həsənli səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər namizədliyi təsdiq edilmiş Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

- Elman Volodiya oğlu Fəttah

- Razim Malikəjdər oğlu Əmiraslanov

- Sevinc İlyas qızı Hüseynova

- Lətafət İslam qızı Məlikova

- Mustafa Mustafa oğlu Hacılı

- Yusif İsa oğlu Tağıyev

- Fizuli Vəzir oğlu Carullayev

- Çingiz Soltan oğlu Əli

- Fəzli Xalid oğlu Mehdiyev

- Kərəm Cəfərxan oğlu Cəfərov

- Asəf Əli oğlu Quliyev

- Rafiq Niyaz oğlu Daşdəmirov

- Arzuman Fərhad oğlu Məcidov

- Natiq Güləhməd oğlu Ədilov

- İradə Nəriman qızı Əliyeva

- Saqif Əsgər oğlu Qurbanov

- Həsən Sabir oğlu Şıxəliyev

- Aydın Sədətqulu oğlu Əliyev

- Ağaseyid Mirzəəhməd oğlu Hüseynov

- Eldar Hüseyn oğlu Hüseynov

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir PƏNAHOV,

Müavin       Natiq MƏMMƏDOV,

Katib        Arifə MUXTAROVA,

Üzvlər               Şaitdin ƏLİYEV,

Fuad CAVADOV, Ramiz İBRAHİMOV,

Validə KAZIMOVA, Qabil ORUCOV,

İlham MƏMMƏDOV, Nizami NADİROV,

Azər TAĞIYEV, Tamam CƏFƏROVA,

Bəxşeyiş ƏSGƏROV, Almas QƏHRAMANLI,

Akif QURBANOV, Etibar QULİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında