Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 iyul 2003-cü il tarixli 18/108 saylı Qərarı ilə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədilə komissiyanın nəzdində mətbuat qrupu yaradılmışdır.

Seçkiqabağı təşviqatın aparılmasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədi ilə yaradılmış Mətbuat qrupunda fəaliyyət göstərmək üçün bəzi kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bununla əlaqədar olaraq həmin qrupun tərkibində müvafiq dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və “Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə “Trend” İnformasiya Agentliyinin, “Kaspi” və “Gündəlik teleqraf” qəzetlərinin nümayəndələri daxil edilməklə tərkibində dəyişiklik edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir PƏNAHOV,

Katib       Arifə MUXTAROVA,

Katib          Mikayıl RƏHİMOV

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında