2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İlqar Eldar oğlu Məmmədovun namizədliyinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Eldar oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciət 2013-cü il avqustun 19-da Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur.

İstintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər tərəfindən yazışmaların aparılmasına dair qanunvericiliyin tələblərinə əməl edilmədən İ.E.Məmmədovun adından göndərilən, lakin onun tərəfindən göndərilməsi və iradəsini əks etdirməsi şübhə doğuran, habelə  düzgün rəsmiləşdirilməyən, müəyyən səhv və pozuntularla tərtib edilən sənədlər, namizədliyi irəli sürülmüş şəxsin digər namizədlərə nisbətən məhdud imkanlara malik olması səbəbindən Mərkəzi Seçki Komissiyası tərəfindən onun xeyrinə, seçkilərdə iştirak etmək hüquqlarının təmin edilməsinə yardım məqsədilə rəsmi qəbul edilmiş, namizədliyin irəli sürülməsinin namizədliyi irəli sürülmüş şəxsin iradəsinə uyğunluğunun yoxlanılması, təsdiqedici hal müəyyən edildikdə, yol verilmiş qüsurların aradan qaldırılması məqsədilə müraciət daxil olan gün, yəni 19 avqust 2013-cü ildə təxirəsalınmadan dərhal sürətli poçt xidməti vasitəsilə İ.E.Məmmədovun saxlanıldığı istintaq təcridxanasına göndərilmişdir.

Yol verilmiş qüsurlar aradan qaldırıldıqdan sonra sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada 23 avqust 2013-cü il, saat 17.50-də, yəni müraciətə baxılma müddətinin bitməsinə 1 gün qalmış Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. Yalnız bundan sonra həmin müraciət üzrə namizədliyin mümkünlüyünü yoxlamaqdan ötrü Mərkəzi Seçki Komissiyası üçün imkanlar yaranmışdır.

Belə müraciətlərə 5 gün müddətində baxmalı olan Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq iddiaçının maraqlarının xeyrinə araşdırma başa çatanadək müddətin uzadılması barədə 24 avqust 2013-cü il tarixli 18/111 saylı qərar qəbul etmişdir.

Hazırda araşdırma başa çatdığına görə uzadılmış müddətin axımının davam etməsinə lüzum qalmadığından və İ.Məmmədovun namizədliyinin təsdiq edilməsi üçün əsaslar yarandığından onun öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyi təsdiq edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İlqar Eldar oğlu Məmmədovun namizədliyi təsdiq edilsin.

2. Qərarın surəti maraqlı şəxslərə göndərilsin.

3. Qərar qüvvəyə mindiyi andan seçici imzalarının toplanılması üçün imza vərəqələrinin götürülməsi hüququ izah edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Müavin     Natiq Məmmədov

 Katib     Arifə Muxtarova

 Üzvlər     Şaitdin Əliyev

 Fuad Cavadov

 Ramiz İbrahimov

 Validə Kazımova

 Qabil Orucov

 İlham Məmmədov

 Nizami Nadirov

 Azər Tağıyev

 Bəxşeyiş Əsgərov

 Almas Qəhramanlı

 Akif Qurbanov

 Etibar Quliyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında