2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21, 28.2 və 28.4-cü maddələrinə əsasən  qərara alır:

1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Müavin     Natiq Məmmədov

 Katib     Arifə Muxtarova

 Üzvlər     Şaitdin Əliyev

 Fuad Cavadov

 Ramiz İbrahimov

 Validə Kazımova

 Qabil Orucov

 İlham Məmmədov

 Nizami Nadirov

 Azər Tağıyev

 Bəxşeyiş Əsgərov

 Almas Qəhramanlı

 Akif Qurbanov

 Etibar Quliyev

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında