2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qəra

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürmüş Vətəndaş və İnkişaf Partiyası 2013-cü il 5 avqust tarixli 3 saylı iclasının 2 saylı Qərarı ilə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

- Vaqif Şirin oğlu Şirinov

- Rasul Əlixan oğlu Məmmədov

- Malik Mirzalı oğlu Quliyev

- Tahir İslam oğlu Müzəffərov

- Yasin Xaləddin oğlu Məmmədov

- Azər Mirzağa oğlu Hüseynov

- Cavid Bəyverdi oğlu Alışov

- Əli Müzəffər oğlu Mustafayev

- Adil Əhməd oğlu Əhmədov

- İbrahim Sərvər oğlu İbrahimov

- İsmayıl Beyitxan oğlu İsmayılov

- Sovet Firudun oğlu Qəniyev.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 Sədr      Məzahir PƏNAHOV,

Katib      Arifə MUXTAROVA,

Katib         Mikayıl RƏHİMOV

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında