2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında Azərbay

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürmüş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisi 2013-cü il 11 avqust tarixli iclasının 2 və 3 saylı qərarları ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən   qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndə:

Elçin Əbdülrəhim oğlu Mirzəbəyli.

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

İlqar Əlixan oğlu Məmmədxanov.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında