“9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında növbəti prezident seçkilərinin 9 oktyabr 2013-cü ilə təyin edilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim planının təsdiq edilməsi məqsədə müvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 177-203, 208-ci maddələrinə uyğun olaraq  qərara alır:

1. “9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilsin.

2. Təqvim planı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir PƏNAHOV

Katib   Arifə MUXTAROVA

Katib     Mikayıl RƏHİMOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında