Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir

 

 

 

1. Giriş

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lıderi Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.

Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hanzırlanması dövrün tələbi olaraq qalır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraıtində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil sıyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmişdir və 2013-2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

2. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi Azərbaycan dilınin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdırilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

3.1. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafın, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin innkışaf etdirilməsi mexanizminin yaradılması;

3.1.2. dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;

3.1.3. dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

3.1.4. dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;

3.1.5. dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;

3.1.6. dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;

3.1.7. dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;

3.1.8. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

3.1.9. dil və nitq mədəniyyətinin yüksəldilməsi;

3.1.10. Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;

3.1.11. Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.

4. Gözlənilən nəticələr

4.1. Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması;

4.1.2. dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.3. dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi;

4.1.4. Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;

4.1.5. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.6. qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyınin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;

4.1.7. dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldılməsi;

4.1.8. dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi;

4.1.9. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi;

4.1.10. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

4.1.11. mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;

4.1.12. elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdırılməsi;

4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi;

4.1.14. Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbayncanlılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasının təmin olunması;

4.1.15. Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması;

4.1.16. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi.

5. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq dövlət qurumlarının xərclər smetasında elmi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı

 

№        Tədbirin adı      İcraçılar           İcra müddəti (illər üzrə)

6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi                                  

6.1.1.   Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması  Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi            2013-2015

6.1.2.   Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması       Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası            2013-2015

6.1.3.   Qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi   Azərbaycan Milli Elmlər Akademiyası    2013

6.1.4.   Milli transliterasiya standartlarının hazırlanması Azərbaycan Milli Elmlər Akademiyası  2013-2014

6.1.5.   Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması       Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları          2013-2014

6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi                               

6.2.1.   Azərbaycan Respublikasının xaricindəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması            Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi        2015

6.2.2.   Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi   Təhsil Nazirliyi           mütəmadi

6.2.3.   Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi          Azərbaycan Milli Elmlər Akademiyası, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası mütəmadi

6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi                               

6.3.1.   Ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi         Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası            mütəmadi

6.3.2.   Ölkədə qədim dünya dillərinin və qədim məndəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi        Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi  mütəmadi

6.3.3.   Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması    Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi            2013-2020

6.3.4.   Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilnməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilnmənsi ilə bağlı tədbirlərin həyata keçirilməsi     Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi           mütəmadi

6.3.5.   Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi            Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi            Mütəmadi

6.3.6.   Qloballaşma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsinin intensivləşdirilməsi        Azərbaycan Milli Elmlər Akademiyası  mütəmadi

6.3.7.   Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi         İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi    mütəmadi

6.3.8.   Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi    Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr    2013-2015

6.3.9.   Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçırən proqram təminatının hazırlanması          Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi            2013-2014

6.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində

informasiya-kommunikasiya texnologiyalarının tətbiqi                          

6.4.1.   Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması      Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi            2013-2015

6.4.2.   Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcünmə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlannmansı       Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi           2013-2020

6.4.3.   Azərnbaycan dilində innternet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologıyaları Nazirliyi            mütəmadi

6.4.4.   Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarndan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması       Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2015

6.4.5.   Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması        Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası 2013-2015

6.4.6.   Azərbaycan dilində antiplagiat sistemin yaradılması       Azərbaycan Milli Elmlər Akademiansı, Rabitə və İnfornmasıya Texnologiyaları Nazirliyi, Müəllif Hüquqları Agentliyi    2013-2016

6.4.7.   Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi  Azərbaycan Milli Elmlər Akademıiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  2013-2020

6.5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği                        

6.5.1.   Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğınin gücləndirilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası        mütəmadi

6.5.2.   Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi  mütəmadi

6.5.3.   Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması     Milli Televiziya və Radio Şurası    2013

6.5.4.   Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi         Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası      mütəmadi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında