"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 613) aşağıdakı əlavələr edilsin:
1. 1.0.26-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və qanuna aşağıdakı məzmunda 1.0.27-ci maddə əlavə edilsin:
"1.0.27. idman mərc oyunları - idman yarışlarının nəticəsinin əvvəlcədən təxmin edilməsinə əsaslanaraq oynanılan və iştirak edənlər arasında düzgün təxmin edənlərə əvvəlcədən elan olunmuş meyarlar əsasında mükafat qazandıran oyunlar.".
2. Qanuna aşağıdakı məzmunda 53-1-ci maddə əlavə olunsun:
"Maddə 53-1. İdman mərc oyunlarının təşkili və keçirilməsi
53-1.1. İdman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir.
53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən həyata keçirilir.
53-1.3. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
53-1.4. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi bədən tərbiyəsi və idmanın inkişafına yönəldilir.
53-1.5. İdman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında