"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 612; 2002-ci il, №5, maddə 250, №6, maddə 328; 2004-cü il, №3, maddə 133; 2005-ci il, №12, maddə 1079; 2006-cı il, №2, maddə 64, №11, maddə 933, № 12, maddə 1005; 2007-ci il, №6, maddə 560; 2008-ci il, №4, maddə 252, №6, maddə 462; 2010-cu il, №3, maddə 172) 10-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:
1. VIII hissənin birinci cümləsində "xüsusi və digər texniki vasitələrdən" sözləri "texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr)" sözləri ilə əvəz edilsin;
2. X hissədə "Gizli informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin" sözləri "Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında