13 saylı Əzizbəyov I və 14 saylı Əzizbəyov II seçki dairələrinin adında dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanunu ilə Bakı şəhərinin Əzizbəyov rayonunun adında dəyişiklik edilmişdir. Bununla əlaqədar həmin rayonun adı ilə adlandırılmış 13 saylı Əzizbəyov I və 14 saylı Əzizbəyov II seçki dairələrinin adında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır :
1. 13 saylı Əzizbəyov I və 14 saylı Əzizbəyov II seçki dairələri müvafiq olaraq 13 saylı Xəzər I və 14 saylı Xəzər II seçki dairələri adlandırılsın.
2. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və yuxarıda göstərilmiş seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.
3. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Rövşən İsmayılov,Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında