2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

{nl}

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini nəzərə alaraq, Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları nailiyyətləri qeyd edərək, Olimpiya və Paralimpiya hərəkatının inkişafına töhfə vermək arzusunu ifadə edərək, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə əsasən qərara alır:
1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının və onun paytaxtı Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda tender mərhələsində iştirakını tam dəstəkləyir.
2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 2020-ci ilin Yay Olimpiya və Paralimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirir.
3. Azərbaycan Respublikası Milli Məclisinin bu niyyəti barəsində
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqqeyə məlumat verilsin.

{nl}

O.ƏSƏDOV, Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 1 fevral 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında