"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 2002-ci il, № 6, maddə 328; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 12, maddə 1033; 2007-ci il, № 1, maddə 4) 3-cü maddəsinin birinci hissəsində "və verilmə tarixi" sözləri ", verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti" sözləri ilə əvəz edilsin.
II. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 1999-cu il, № 1, maddə 1) aşağıdakı əlavələr edilsin:
1. həmin qanunla təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin təsvirində:
1.1. "a" bəndinin üçüncü abzasında "Vəsiqənin verilmə tarixi" sözlərindən sonra "Etibarlıdır" sözü əlavə edilsin;
1.2. "b" bəndinin dördüncü abzasında "Vəsiqə sahibinin imzası" sözlərindən sonra "Etibarlıdır" sözü əlavə edilsin;
2. həmin qanunla təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin eskizlərinin arxa tərəfinə "Vəsiqənin verilmə tarixi" sözlərinin altında "Etibarlıdır" sözü əlavə edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında