Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 972; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 969-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilsin:
1. aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
"29-1. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə və xüsusi vasitə tətbiq etmək hüququna malikdirlər. Miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";
2. VII fəslin adında "rütbələri" sözündən sonra "və xüsusi geyim forması" sözləri əlavə edilsin;
3. aşağıdakı məzmunda 77-1 və 77-2-ci maddələr əlavə edilsin:
"77-1. Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilər xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
77-2. Xüsusi geyim forması pulsuz verilir. Xüsusi geyim formasının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında