"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:
"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1084; 2006-cı il, №12, maddə 1031; 2008-ci il, № 6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:
1. 82.1-ci maddədə "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraçıları" sözləri "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları" sözləri ilə əvəz edilsin.
2. 82.3.1-ci, 82.3.3-cü və 83.1-ci maddələrdə "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin.
3. 87-ci maddədə "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq məhkəmə icraçıları" sözləri "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "icra məmurları" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında